Arif Hacılının “Bandotdel”ə çağırılmasının səbəbi bəlli oldu

Müsavat başqanı: “Radikal dini cərəyanların fəallaşması ilə bağlı narahatçılığı bizimlə bölüşməyə ehtiyac duyublar”

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan Müsavat Partiyasının başqanı  Arif Hacılı bu gün saat 14:00-da adıçəkilən qurumda olub. MCMBİ-dən çıxdıqdan sonra jurnalistlərə açıqlama verən Arif Hacılı dəvətin radikal dini qrupların fəallaşması ilə bağlı olduğunu bildirib.

“İdarənin rəhbərliyi ilə görüşdüm. Bildirdilər ki, radikal dini cərəyanların son dövrlərdə fəallaşması onlarda narahatçılıq doğurub. Müsavat Partiyasının güclü bir partiya olduğunu, ona görə bu narahatçılığı bizimlə bölüşməyə ehtiyac duyduqlarını bildirdilər”, – Arif Hacılı deyib.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: