Merkel Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini təklif edəcək

Almaniyanın kansleri Angela Merkel həmkarları – Avropa siyasilərinə – Rusiyaya qarşı sanksiyaların sərtləşməsinə səs vermək üçün müraciət edəcək. Bu müraciəti Almaniya hökumətinin rəhbəri 20-21 oktyabr tarixində Avropa Şurasının növbəti toplantısında səsləndirə bilər.

Rusiyanın Suriyadakı son addımlarından narazı qalan frau Merkel rəsmi Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsi təşəbbüsü ilə çıxış etmək niyyətindədir. Bu barədə Frankfurter Allgemeine Zeitung kanslerin yaxın ətrafına istinadən yazıb

Agentlik hesab edir ki, sanksiyaların sərtləşdirilməsi ilə bağlı koalisiya müttəfiqi – Almaniya Sosila-demokrat partiyası ilə, həmçinin Avropa məkanında da, anlaşmaq çətin olacaq,  Qərbdə isə “ruslardan narazılıq artıb”.

FAZ, həmçinin, qeyd edir ki, Moskvanın hərəkətlərinə dair “sanksiyaların sərtləşdirilməsi prosesində” Merkellə telefon danışığında ABŞ rəhbəri Barak Obama dəstək verəcəyini söz verib.

Bildirilir ki, əgər sanksiyalar sərtləşərsə, öncəliklə təyyarıqayırma və müdafiə-sənaye kompleksi sahələrini “vuracaq”.

Azər İsmayıl, bastainfo.com

%d bloqqer bunu bəyənir: