Göyçayda aksiya – sürücülər yolu bağladı (VİDEO)

Polis aksiyanı dağıda bilməyib, icra başçısının vədindən sonra etirazçılar yolu açıb

Bu gün səhər saatlarında Göyçayda polis özbaşınalığına qarşı aksiya keçirilib.

DYP-nin yeni rəisinin fəaliyyətinə etiraz edən sürücülər Göyçay-Bakı yolunu bağlayıblar. Bu haqda “Basta”ya aksiyanın şahidi olmuş Əsgər Əliyev məlumat verib. 

“DYP-nin yeni rəisi Vüqar Qasımov yeni qaydalar qoyub. 30 yaşlı bir uşaqdır, əvvəl Binəqədidə işləyib. O, Göyçaya rəis gələndən sürücülərdən kütləvi pul yığırlar. Onsuz da kasıb durumda olan insanları bir də DYP əməkdaşları soyurlar. İnsanları adi kəmərə görə yolda saxlayıb polisə aparırlar. Orda incidirlər, sonra 500 manat, 1000 manat pul alıb buraxırlar. Növbəti belə bir əməl insanların küçəyə çıxmasına səbəb olub”, – Əsgər Əliyev bildirib.

“Fizuli adlı bir sürücünü saxlayıblar. Heç bir səbəb olmadan onu polisə aparıblar. Fizuli DYP rəisindən soruşub ki, “sən bura Göyçaya divan tutmağa gəlmisən”, o da cavab verib ki, “bəli, divan tutmağa gəlmişəm”. Bundan sonra insident yaranıb. İnsanlar görəndə ki, polislər Fizulini döymək istəyir, onu müdafiə ediblər. Bundan sonra şöbənin qarşısına yüzlərlə insan toplaşdı. Yollar bağlandı. Polis aksiya dağıltmaq istəsə də, bacarmadı. Bundan sonra hadisə yerinə icra başçısı Mehdi Səlimzadə gəldi. O, dedi ki, yeni rəisin bu özbaşınalığından xəbəri olmayıb. Söz verdi ki, buna son qoyulacaq. Bundan sonra aksiya iştirakçıları yolu açdılar”, – mənbə bildirib.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: