Siyasi fəal şərlənərək həbs olundu

Siyası fəal Taleh Nəsibov həbs olunub. Bu barədə məlumatı “Basta”ya Müsavat Partiyası Şirvan Təşkilatının sədri Əlikram Xurşudov verib.

Əlikram Xurşudovun verdiyi məlumata görə, Hacıqabul rayon xəstəxanasında həkim işləyən Şirvan sakini Taleh Nəsibov siyasi iradsinə görə Hacıqabul xəstıxanasının baş həkimi, Rayon icra rəhbərinin müavini Zeynəb adlı qadın və Polis rəisi tərəfindən dəfələrlə təqib və təzyiqə məruz qalıb.

Şirvan şəhər məhkəməsi Şirvan şəhər Olimpiya kompleksində hovuzdakı suyun soyuq olmasına etiraz  edən Taleh Nəsibova 5 sutka həbs verilib.

Hal-hazırda Şirvan şəhər Polisində saxlanılan Taleh Nəsibov aclıq aksiyasına başlayıb.

Onu da, əlavə edək ki, Taleh Nəsibov hovuzdakı suyun soyuq olmasından şikayət etdiyi üçün bəhanə ilə həbs olunduğu halda, bu gün məhkəmədə söyüş söydüyünü iddia edən şahidlər üzünə durub.

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: