15 əsiri güllələyən Motorola öldürülüb

Donetskdə qondarma Donetsk xalq respublikasının yaraqlılarının liderlərindən biri Motorola ləqəbli Arsen Pavlov öldürülüb. 

Bu barədə İnterfaks xəbər verir.

Aqentliyə xəbər verən məmbə bildirir ki, Pavlovun yaşadığı evin liftində kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb. “Partlayış zamanı o, liftdə olub, və aldığı yaralar onun həyatına son qoyub”, – məmbə bildirir.

В министерстве обороны сообщили, что Павлов погиб в результате взрыва дистанционного взрывного устройства в тот момент, когда возвращался домой.

Tanınmamış respublikanın müdafiə nazirliyindən bildiriblər ki, Pavlov evə qayıdarkən uzaqdan idarə olunan qurğunun partlaması nəticəsində həyatını itirib.

Xatırladırıq ki, Arsen Pavlov İlovaysk və Debaltsevo şəhərlərinin işğal olunmasında fərqlənmiş silahlı dəstənin komandiri idi.

Əvvəllər o, mətbuata 15 ukraynalı əsirin öz əlləri ilə güllələdiyini bildirmişdir. Bundan sonra Amnesty International Pavlovun açıqlamasını araşdırmağa çağırış etmişdir. Ukrayna rəsmiləri bu ilin iyun ayında cinayətkar yaraqlının saxlanılması üçün İnterpola müraciət etmişdir.

bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: