15-16 oktyabr hadisələri – Şahidlər danışır

2003-cü ildə keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikasının Prezidenti postuna keçirilən 5-ci rəsmi seçkilər olmuşdur. Seçkilər 15 oktyabr 2003-cü ildə keçirilmişdir. Demokratik qaydada keçirilən seçkilərdə fəallıq göstərən seçicilər o zaman Müsavat Partiyasının başqanı olan İsa Qəmbərə səs versələr də, səsləri oğurlanaraq İlham Əliyev prezident elan olundu. Öz səslərinə sahib şıxmaq üşün meydanlara axışan Azərbaycan xalqı xüsusi təyinantlılar və polis tərəfindən hücuma məruz qaldı. Ölən və yaralananalar oldu. Həmin hadisələrin canlı şahidləri o gün haqda xatirələrini öz facebook səhifələrində yazaraq paylaşırlar. Şahidlərdən bir neçəsinin statuslarını az redaktə ilə sizə təqdim edirik.

Samirə Əhmədbəyli: 13 il əvvəl məlum hadisələr başlayandan sonra Севда ilə Hürriyyətin müxbirləri olaraq əvvəlcə Müsavatın qərargahının qarşısında, aləm qarışandan sonra isə “Musa Nağıyev”də reportajdaydıq. Ora gətirilən yaralıları – etirazçıları, jurnalistləri, hərbçiləri, polisləri, təsadüfən araya qarışanları danışdırırdıq. Obyektiv olmağa, zərərçəkənləri hərtərəfli işıqlandırmağa çalışırdır. Biz xəstəxanada olanda 5 yaşlı uşaq gətirildi, anası pərişan haldaydı. Danışdı ki, uşağı bağçadan götürüb evə gedirmiş. Birdən insan axınının içinə düşüb. Polislər onu dubinkayla döyməyə başlayıb. Yerə yıxılıb, uşaq əlindən çıxıb. Təpiklərdən yayınıb başını qaldırmağa imkan tapanda balasının polislərin ayağının altında qaldığını görüb. Həkimlər bizə dedilər ki əllərindən gələni edirlər, amma uşağın vəziyyəti çox ağırdı.
Materialı təhvil verib evə gələndə gecə saat 2 tamam idi. ANS-in saatbaşı xəbərləri gedirdi. Həmin qadın danışırdı ekranda, deyirdi ki onu və oğlunu mitinqçilər döyüb bu günə qoyublar.
Səhəri Sevdayla yenə xəstəxanaya getdik, şükür ki uşağı xilas edə bilmişdilər. Daha sonra 1 həftə reanimasiyada qaldı, amma sağaldı. Anasından niyə bizə bir söz, ANS-ə başqa söz danışdığını soruşduq. Utandı, üzümüzə baxmadı, səsi titrəyərək “balam hələ də əllərindədi” dedi.
…O gün bu gündü nəinki ANS bitdi, böyük dəyişikliklərə dair bütün ümidlər bitdi. İndi sadəcə özümüz dəyişməyək deyə çabalayırıq…

Xəyyam Qəhrəmanlı: 16 oktyabr gecəsi bizi 6 polis bölməsinə apadilar,səbəb isə o idi ki, meydanda döyülən polislərin heyfin bizdən cixsinlar.Bölmələrdə bizi siraya düzüb rəisdən tutmuş,cavuşuna qədər hər kəs döyürdü.Gecə saat 3 də isə Binəqədidəki sutqaliq təcritxanaya apardilar,yenə sabaha qədər davam elədi işgəncə!
8 gün quru cörək su ilə qidalandiq evdən gələn hec bir ərzaqi bizə vermirdilər!
Bayil türməsinə etap olanda sevinirdik ki,işgəncə qutardi artiq, sanki evə buraxirdiq kimi!
Agir günlər idi!

Tərlan Abbaszadə: 2003-cü ilin prezident seçkilərində müşahidəçiyəm. Videokameram var. Rayon təşkilatımızın o zamankı sədri Ramiz Abdulla bəylə məntəqələri bərabər gəzib,aşkarlanlan saxtakarlığı kameranın yaddaşına köçürürəm.
Deməli xəbər gəldi ki, Ərkivanda məntəqələrin birinin həm önündə, həm də içində biyabırçı vəziyyət yaradıblar. Getdik gördük ki,məntəqənin qarşısında 6-7 nəfər dayanıb. Əlimdəki kameranı görən kimi qaçmağa başladılar,mən də düşmüşdüm bunların arxasıyca. Ramız bəy də düşüb arxamca a bəy bunlar cəhənnəm oldular,içəri girək.
Niyə yazdım?
Deməli həmin kasetdə kifayət qədər saxtakarlıqları çəkə bilmişdim. 15-i axşamı kifayət qədər pul təklif elədilər rədd elədim,sonra hədə qorxu gəldilər bir şey çıxmadı. Elə həmin gecə Bakıya yola düşən yoldaşların biri ilə kaseti qərargaha yola saldım.
Günlərlə evə gedə bilmədim. Küçəmizdə polis postu qoyulmuşdu. Həyətə girməyə həm cürət etmirdilər həm də bilirdilər ki evdə deyiləm.
15-16 oktyabr tarixi saniyəsinə qədər fəxrlə yaşadığım bir tarixdi.

Mirzə Sakit: 2003-cü ilin 15-16 oktyabrında Azadlıq meydanındakı haqq tələb edən azərbaycanlıları əzmək üçün meydana mənşəyi məlum olmayan çoxsaylı cəza dəstələri cəlb olunmuşdular..
O günlər bizi çox əzdilər, öz torpağımızda yadellilər tərəfindən əzildik..
Həmin adamların hardan gətirildiyi indiyə qədər məlum deyil…bəziləri deyirlər ki, Naxçıvandan gətirilibmişlər, amma bu yalan söhbətdi..
Nəzərə alın ki, bu hakimiyyətin uzunömürlü olması üçün Rusiya da başda olmaqla Türkiyənin o vaxtkı bəzi siyasi qüvvələri də maraqlı idilər (elə indi də maraqlıdılar) və o cəza dəstələrinin Türkiyənin Diyarbəkir əyalətindən gətirildiyi haqda da söhbətlər dolaşır…

Vəfa Cümşüdlü: 15.10.2003.. Müsavat Partiyasının nümayəndəsi kimi MSK-da seçki saxtakarlıgına etirza etdiyim üçün məni polis zoruna məntəqədən uzaqlaşdirdilar. Təsəvvür edin ki, həmin məntəqədə Dairənin sədrindən tutmuş, ATƏT-in nümayəndələri və polis mayoruna kimi hər kəs vardı. Çox sonralar həmin hadisələri axıracan çəkən kaseti mənə təqdim etdilər.(youtube-da var) Axşam həmin məntəqədə bülletenler sayılanda da məlum oldu ki, Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər qalib gəlib. Respublikanin digər məntəqələrində olan kimi…Bəs nə baş verdi???
16 Oktyabr. İnsanlar səsinin ogurlandıgına etiraz olaraq meydanlara axışdı. Qələbəmizin təmin olunmasini tələb edirdik. Təəssüf ki, o vaxtlar Norveçin səfirindəın başqa demiokratik dünya səsimisə ses vermədi. Nəticə də HAQQIMIZ yeyildi. Demokratiya ugrunda Həmidaga Zahidov şəhid oldu.Minlərlə müsavatçılar və müsavatsevər insanlar meydanlarda qanına qəltan oldular, xəsarət aldılar, həbs edildilər. Qərargahimizi dagıtdılar. Həmin vaxtı mənə dəyən zərbədən gözlərimdə zəiflik əmələ gəldi. Haqliykən haqsiz duruma düşdük. 2 ay uşaqlarımız məktəbə gedə bilmədi. Barəmdə axtarış elan olundu. Sonunda agir cinayətılər üzrə işlər idarəsində ifadə verməli oldum. O çətin anlardan danışdıqca qurtaran deyil,.. bu hadisələr gələcəkdə nə vaxtsa yazılan tarixə düşəcək. Bircə onu bilirəm ki, MÜSAVAT və müsavatçılar bu agir sınaqdan güclü çıxdı. İnanıram ki, müsavatçılıq ideologoyasın a sadiq qalan , böyük amallar ügrunda mübarizə aparan əqidədaşlarım Müsavat Partiyasının güclənməsinə xidmət edəcək.

Rəşadət Axundov: 2003-cü ilin 15 oktyabr günü bu saatlarda seçki artıq bitmişdi. Bir xeyli qohum, dost, tanış Neftçilərdəki çayxanaya yığışmışdıq, Müsavatın qərargahına getməyi müzakirə edirdik. O insanların bir çoxu indi həyatda yoxdur. 50li yaşlarda rəhmətə getdilər. Bəziləri xəstədir. Bəziləri də ya gündəlik dolanışıq dərdində proseslərdən çəkilib ya da başqa-başqa ölkələrdir. Ağır gün idi, izlərini silə bilməyəcəyimiz gün.

Xuraman Bağırova: İki gündür hər kəs öz profilində şahidi olduğu 2003-cü ilin 15-16 oktyabr hadisələrindən yazır. Bilirsiniz ən dəhşətlisi nədir? Sənin əqidədaşlarını, dostlarını aşağıda – küçədə – qərargahın qarşısında polis, Daxili Qoşun, mülki geyimlilər, idmançılar vəhşicəsinə döyərək qanına qəltan edir, amma sən onlara kömək edə bilmirsən, sadəcə yuxarı mərtəbənin pəncərəsindən əsəbi vəziyyətdə seyr edirsən. Ən stressli və dəhşətli anlar idi. Bu anları mən yaşadım və şahidi oldum. 15-16 oktyabr 2003-cü il rejimin xalq üzərində qətliamı kimi yaddaşıma həkk olundu.

 

Digər şahidlərin də xatirələrini  göndərin, dərc edək hər kəs oxusun.

Könül Alı, Bastainfo.com

One thought on “15-16 oktyabr hadisələri – Şahidlər danışır

  • 03.12.2016 at 01:25
    Permalink

    The other day, while I was at work, my cousin stole my iphone and tested to see if it can survive a twenty five foot drop, just so she can be a youtube sensation. My iPad is now destroyed and she has 83 views. I know this is entirely off topic but I had to share it with someone!|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: