Ərdoğan qadınları adam saymamaqda ittiham olundu

“Madam kimi ölmək nə deməkdir?”

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın ötən gün Trabzonda keçirdiyi mitinqdə çıxışı zamanı dediyi sözlər etiraz doğurub. Ərdoğan öz çıxışında “Bir adam kimi ölmək var, bir də madam kimi ölmək var – adam kimi ölək”, – deyib. Bundan sonra aksiya iştirakçıları AKP iqtidarının son dövrdə təbliğ etdiyi “Edam istəyirik!” şuarını səsləndirməyə başlayıb.

Ərdoğanın bu çıxışı Türkiyədə müxalifətin və müstəqil mətbuatın etirazına səbəb olub. Bir sıra tanınmış jurnalistlər və deputatlar Ərdoğana “Madam kimi ölmək nə deməkdir” sualını ünvanlayıblar.

Ərdoğanın bu çıxışı parlamentdə təmsil olunan HDP-nin qadınlar qrupu tərəfindən “cinsi ayrıseçkilik” və “qadınlara nifrətin propaqandası” kimi qiymətləndirilib, – bianet.org xəbər verir.

“İstənilən halda Terkiyəyə özgürlük qadınlarla gələcək”, – parlament qrupunun Ərdoğanın çıxışına etiraz olaraq yaydığı bəyanatda deyilir.

Bununla bağlı Ərdoğana qarşı məhkəmə iddiasının qaldırılacağı bildirilir.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: