Azərbaycan iqtisadiyyatı 4 faiz kiçilib

2016-cı ilin 9 ayında 43 milyard 436.3 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib

Göstərici ilə əhalinin hər nəfərinə 4 milyon 512.5 manat ÜDM istehsalı düşüb. Bu da ölkə iqtisadiyyatının 4 faiz kiçilməsi anlamına gəlir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ÜDM-in 65.7 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34.3 faizi isə neft-qaz sektorunda istehsal olunub.

Bu dövrdə informasiya və rabitə sahələrində istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.5 faiz artıb. Bu artım kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq sahələrində 2.4, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2.3, turistlərin yerləşdirilməsi, ictimai iaşə sahələrində 1.8 və sənayedə 1 faiz olub. Tikintidə 32, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1.2, iqtisadiyyatın digər sahələrində isə 2.5 faiz azalma baş verib, -Meydan TV məlumat verir.

Bastainfo.com



This post has been seen 64 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: