İstiqlalçı millət vəkillərinin iştirakı ilə tədbir keçirilir

Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasından 25 il keçir.

Bu münasibətlə bu saatlarda İstiqlalçı millət vəkillərinin iştirakı ilə “Park Inn” otelində tədbir keçirilir.

Tədbiri İstiqlalçı Millət Vəkili Hacıbaba Əzimov təşkil edib.

Xatırladaq ki, Dövlət Müstəqilliyimizə  43 Millət Vəkili onay verib.  Hal-hazırda onların 27-i sağdır: Arif Hacılı, İsa Qəmbər, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, Hicran Kərimli, İbrahim İbrahimli, İxtiyar Şirinov, İsgəndər Həmidov, Maşallah Abdullayev, Məryəm Həsənova, Mətləb Mütəllimov, Mirmahmud Fəttayev, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Tofiq Qasımov, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.

İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Heydər Əliyev, İsmayıl Şıxlı, Məmməd Xələfov, Mürşüd Məmmədli, Tofiq Bağırov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu, Faiq Baxşəliyev dünyasını dəyişib.

“Basta” əməkdaşının verdiyi məlumata görə tədbirdə İstiqlalçı Millət vəkillərindən İsa Qəmbər, Arif Hacılı, Məryəm Həsənova, Sülhəddin Əkbər, Mirmahmud Fəttayev, İskəndər Həmidov, Tahir Əliyev, İbrahim İbrahimli, Pənah Hüseynov  və Etibar Məmmədov iştirak edirlər.

Tədbir 15:00-dan başlayıb.

Onu da, əlavə edək ki, ilk çıxışçı kimi söz Etibar Məmmədova verilib. İkinci çıxışçı Müsavat başqanı, İstiqlalçı Millət Vəkili Arif Hacılıdır.

Daha sonra Isa Qəmbər, Məryəm Həsənova, İbrahim İbrahimli və digər millət vəkilləri də, çıxış ediblər.

14625384_745991798882172_2102673569_n 14627932_745991812215504_991613361_n 14628137_745991852215500_2075158073_n 14694705_745991858882166_2006449690_n 14694706_745991792215506_415533602_n 14741019_745991942215491_1046704495_n 14741095_745991912215494_1129339237_n14741586_745998455548173_570203024_n14686537_746000945547924_769768_n14625276_745991892215496_960153794_n

14694884_746099592204726_395978525_n 14686418_746099765538042_1536508816_n14740975_746099695538049_99460158_n14686589_746099648871387_63963608_n

Könül Alı, Bastainfo.com

 

 



This post has been seen 22 times.

4 thoughts on “İstiqlalçı millət vəkillərinin iştirakı ilə tədbir keçirilir

  • 02.12.2016 at 21:55
    Permalink

    Heya i’m for the primary time here. I found this board and I in finding It really useful & it helped me out much. I’m hoping to give something back and aid others like you aided me.|

    Reply
  • 06.12.2016 at 00:49
    Permalink

    certainly like your web site however you need to check the spelling on quite a few of your posts. Several of them are rife with spelling issues and I to find it very troublesome to tell the reality on the other hand I will definitely come again again.|

    Reply
  • 07.12.2016 at 15:39
    Permalink

    916312 655623naturally like your website but you have to check the spelling on several of your posts. 848695

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: