İlham Əliyev növbədənkənar prezident seçkilərinin olmayacağını dedi

“Bizim prezident seçkilərinin vaxtını dəyişmək niyyətimiz yoxdu. Mən bilirəm ki, Azərbaycanda və ölkədən kənarda bu barədə hansı söhbətlər gedir. Bizim belə planımız yoxdur və buna ehtiyac görmürəm”.

Bu sözləri ölkə başçısı İlham Əliyev “RİA-Novosti”yə bu gün verdiyi müsahibəsində deyib.

Özünün namizəd olub-olmayacağı barədə suala cavabında isə İlham Əliyev bunu düşünmək üçün hələ vaxtın olduğunu bildirib.

“Növbəti prezident seçkiləri iki ildən sonra olacaq. Hansısa qənaətə gəlmək və qərar vermək üçün kifayət qədər vaxt var. Əgər hiss etsəm ki, indiki kimi əhalinin dəstəyi var, əlbəttə, bu etimadı doğrultmağa çalışacam”, – İlham Əliyev bildirib.

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: