Müsavatda Müstəqillik Günü qeyd edildi

Bu gün Müsavat Partiyasının qərargahında Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü qeyd edilib.

Tədbirdə istiqlalçı millət vəkilləri Məryəm Həsənova, Arif Hacılı, İsa Qəmbər və İsgəndər Həmidov,  D18 hərəkatının təmsilçiləri Ruslan İzzətli və Samirə Ağayeva, müsavatçılar, AMDP və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Müsavat başqanı Arif Hacılının aparıcılığı ilə keçirilən bayram tədbiri Azərbaycan himninin oxunması ilə başlayıb.

Tədbirdə Məryəm Həsənova, İsa Qəmbər, İsgəndər Həmidov, Ruslan İzzətli, Aydın Şükürov, Almaz Əliqızı  və digərləri çıxış ediblər.

Çıxışlarda Azərbaycanda müstəqillik uğrunda aparılan şərəfli mübarizənin tarixindən, mövcud hakimiyyətin bu tarixə mənfi münasibətindən bəhs edilib, bu gün də davam edən azadlıq mücadiləsinin qələıbə ilə sonuclanacağına inam ifadə olunub.

 

Bastainfo.com



This post has been seen 267 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: