Gəncənin icra başçısına «qəsbkarlıq» ittihamı – FOTO

Sahibkar Elmar Vəliyevin onun mülkiyyətini ələ keçirdiyini, məhkəmə qərarının icra olunmadığını bildirir

Gəncə şəhər sakini, sahibkar İbrahimov İlqar Həsənəli oğlu dövlət başçısına müraciət edib. O, sahibkarlıq fəaliyyətinə son qoyulduğunu, pozulmuş mülkiyyət hüquqlarımın müdafiəsi ilə bağlı məhkəməyə müraciət etdiyini bildirib. «Amma icra başçısının müxtəlif bəhanələrlə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 4 sentyabr 2015-ci il tarixli məhkəmə qətnaməsini icra etmədi. İcra məmurlarının icra başçısı Elmar Vəliyevin hərkətlərinə hüquqi don geyindirdilər».

Sahibkarın hüquqi nümayəndəsi Rəşid Abbasov «Bizim Yol»a bildirib ki, sahibkarı əldə etdiyi gəlirdən dövlətə ayda 100 manat olmaqla hər il 1200 manat vergi ödəyib: “Hələ 2004-cü ildə şəhərdə abadlaşdırma işləri aparılarkən bina şəhər rəhbərliyinin göstərişi və təqdim etdiyi layihə əsasında tərəfimizdən sökülərək öz vəsaitimizlə müasir üslubda yenidən tikilib.
.
04.11.2011-ci il tarixində Gəncə  şəhərin icra başçısı   Elmar  Vəliyev mənim mülkiyyətimə qəsd etdi. Gəncə şəhəri H.Əliyev prospekti 161A ünvanında yerləşən 110.3 kvm torpaq sahəsi əlimdən alıb və həmin torpaq sahəsi üzərində fotoatelye binası sökülüb. Bu səbəbdən beş ildir mənim sahibkarlıq fəliyyətimə son qoyulub”.
.
 
İlqar İbrahimov bildirib ki, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 03.04.2014-ci il tarixli 377 saylı sərəncamı ilə Gəncə şəhəri Cavadxan küçəsi, 34 saylı ünvanda yerləşən 840.0 kv.m torpaq sahəsində “Biznes Mərkəzi” binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilib: “Həmin sərəncamla xüsusi mülkiyyətimdə olan torpaq  sahəsi də qanunsuz  olaraq Cavadxan  küçəsi, 34 ünvanında yerləşən torpaq sahəsinə qatılıb.
.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 3 Saylı Ərazi İdarəsindən verilən arayışda Cavadxan küçəsi, 34 ünvanında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu və həmin torpaq sahəsinin satılması, icarəyə və ya istifadəyə verilməsi haqqında onlarda məlumatın olmadığı bildirilir. Deməli, “Gəncə Bazar Store” MMC həmin torpaq sahəsinə dair mülkiyyət, icarə və ya istifadə hüququ əldə etmədən tikintiyə başlayıb və həmin ərazidə tikintinin aparılması bütövlüklə qanunvericiliyin tələbinə ziddir”.
.
Sahibkar pozulmuş hüquqlarının bərpası üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Məhkəmə iddiaçının hüquqlarının təmin edilməsi və Gəncə Şəhər İcra Hakimiyyətinin üzərinə müvafiq öhdəliyin qoyulması barədə qərar qəbul edib. Belə ki, məhkəmənin 4 sentyabr 2015-ci il tarixli qərarına əsasən Cavadxan küçəsi 34 ünvanı adı altında inşa edilməkdə olan binanın (“Biznes Mərkəzi”nin) tikintisi altına düşdüyünə görə binanın birinci mərtəbəsində, zirzəmisi ilə birlikdə müvafiq ölçülərdə və istifadəyə yararlı vəziyyətdə qeyri-yaşayış sahəsini Gəncə Şəhər İcra Hakimiyyəti İ.İbrahimova verilməsini təmin etməlidir. Məhkəmə qərarı 26 oktyabr 2015-ci il tarixindən qanuni qüvvəyə minib.
.
Məhkəmə qərarının qüvvəyə minməsindən bir il vaxt keçməsinə baxmayaraq icra hakimiyyəti məhkəmə qərarını icra etməkdən müxtəlif bəhanələrlə yayınır. Bununla qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmasına maneçilik törədir.
.
Məhkəmə qərarının icrası ilə bağlı borclu Gəncə Şəhər İcra Hakimiyyətindən verilən 25 fevral 2016-ci il tarixli, 03/103 saylı cavab məktubunda bildirilir ki,  bina istismara verilən zaman İlqar İbrahimovun mülkiyyət hüquqları bərpa ediləcək.
.
Amma faktiki inşa olunan binanın H.Əliyev prospekti 161A ünvanına düşən hissəsində mənim razılığım olmadan, mənə məxsus qeyri-yaşayış sahəsinə qanunsuz müdaxilə olunur. Mənə məxsus qeyri-yaşayış sahəsinin texniki pasportundan görünür ki, burada sanitar qovşaq hörülərkən içəri tərəfdə cəmi 12 m yer saxlanılıb və bununla mənə məxsus yerə müdaxilə olunaraq 2.65 m mənimsənilib. Artıq tikinti obyektinin mənim ünvanıma düşən hissəsində küçəyə açılan qapının yerinə pəncərə qoyulmaqla giriş-cıxış qapısı da bağlanılıb. Əldə etdiyimiz məlumata görə binanın birinci mərtəbəsinin tikinti layihəsində H.Əliyev prospekti 161A ünvanına düşən hissədə otelin inzibati otağının tikilməsi nəzərdə tutulub. Yəni, binanın tikintisində mənə məxsus qeyri-yaşayış sahəsinin tikilib verilməsi ümumiyyətlə nəzərdə tutulmayıb”,-deyə İ.İbrahimov bildirib.
.
Sahibkar iddia edir ki, “Gəncə Bazar Store” MMC-nin təsisçisi Yevlaxda yaşayan Cəbrayıldan olan məcburi köçkün Məmmədov Fikrət İbi oğludur: “Bu şəxs hazırda Gəncənin icra başçısı Elmar Vəliyevin sürücüsüdür. “Gəncə Bazar Store” MMC-nin hüquqi ünvanı Xəqani Əbdüləzimova məxsus evdə qeydə alınıb. Xəqani Əbdüləzimov isə hazırda Gəncə şəhər İcra Hakimiyyətinin hüquq bölməsinin müdiridir. Qeyd olunanlar “Gəncə Bazar Store” MMC-nin Elmar Vəliyevə məxsus olduğunu ehtimal etməyə əsas verir.
Gəncə şəhəri üzrə İcra İdarəsi məhkəmə qərarının icra olunmasına maneçilik törədən borclunu dəstəkləyir və ona hüquqi don geyindirməyə çalışır.
.
Mən məhkəmə qərarının icra olunması ilə bağlı kömək üçün Ombudsmana müraciət etdim. Ombudsman Gəncə Şəhər İcra Hakimiyyətinə məhkəmə qərarının icra olunması ilə bağlı iki dəfə sorğu göndərib. İcra hakimiyyətindən Ombudsmana göndərilən hər iki cavab məktublarında yanlış və əsassız məlumatlar verilib».
.
Sahibkar Prezident Administrasiyasına dəfələrlə müraciət etdiyini, teleqram vurduğunu və bu qurumun rəsmilərinin qəbulunda olduğunu deyərək pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir tədbirin görülmədiyini bildirib. Ona görə də, məsələninin həllini problemin ictimailəşməsində görüb.
.
İlqar İbrahimovun müraciətində bildirilən iddia ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin elektron ünvanına (mail@ganja-ih.gov.az) göndərilən sorğu cavabsız qalıb.
.
%d bloqqer bunu bəyənir: