Əhalinin 9 aylıq pul gəlirlərinin həcmi son iki ildə 40 faiz azalıb

”Statistika Komitəsinin rəqəmləri ictimaiyyəti çaşdırmağa yaraya bilər”

Əhalinin 9 aylıq pul gəlirlərinin həcmi son iki ildə 13,8 milyard dollar və ya 40 faiz azalıb.

Bu barədə iqtisadçı Nemət Əliyev öz “Facebook” səhifəsində yazıb.

Əliyev xatırladıb ki, əgər ötən il əhalinin gəlirləri 4,5 milyard azalıbsa, bu il 9,3 milyard azalıb: “Yəni ümumi azalmanın 67 faizdən çoxu bu ilin hesabınadır. Başqa sözlə, bu il itkilər iki dəfə böyüyüb. Adambaşına düşən 9 aylıq gəlirlər bu müddətdə 41 faiz azalaraq 3685 dollardan 2168 dollara düşüb”.

İqtisadçı bildirib ki, Dövlət Statistika Komitəsi isə kəskin şəkildə dəyərini itirmiş manatları müqayisə etməklə əhali gəlirlərinin 8,7 faiz artmasından danışır. Bir halda ki, həyat səviyyəsi günü-gündən pisləşməkdə davam edir, bazarlar od tutub yanır və bu gerçək mənzərə də rəsmi statistikada nəzərə alınmırsa, o zaman gəlirlərin artımını əsaslandırmaqdan ötrü uzun-uzadı hesablamalar aparmağın anlamı qalırmı? Belə yolla əldə olunmuş rəqəmlər ancaq ictimaiyyəti çaşdırmağa yaraya bilər”.(meydan tv)

 

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: