Avropa İttifaqı Türkiyə ilə viza rejiminin ləğv edir

“Türkiyə viza sərbəstliyi ilə bağlı Avropa İttifaqının Ankaraya terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürməsi səbəbindən razılaşmanı pozacağını bəyan edib.”

Avropa İttifaqına üzv olan 28 dövlətin liderləri Brüsseldə keçirilən sammitdə Aİ və Türkiyə arasında yaxın bir neçə həftə ərzində viza rejiminin ləğvi mexanizminin  müəyyənləşdirilməsini dəstəkləyiblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  bu barədə Aİ sammitinin yekunlarına dair bəyanatda bildirilir.

“Qanunvericilərə yaxın bir neçə həftə ərzində vizaların ləğvi mexanizminin tətbiqi barədə sazişə dair razılığa gəlmək təklif olunub”, – deyə bəyanatda bildirilir.

Qeyd edək ki, martda Aİ və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi əldə olunub. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulub.  Lakin Aİ sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya  terrorizmlə mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.

Türkiyə öz növbəsində viza sərbəstliyi ilə bağlı Avropa İttifaqının Ankaraya terrorizmlə mübarizəyə dair qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürməsi səbəbindən razılaşmanı pozacağını bəyan edib.

Bastainfo.com

One thought on “Avropa İttifaqı Türkiyə ilə viza rejiminin ləğv edir

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: