Müsavat rəhbərliyi Almaniyadadır

Bu gün Müsavat Partiyasının rəhbərliyinin Almaniyaya səfəri başlayıb. Bu haqda “Basta”ya mühacir müsavatçı Çağlar Qasımov məlumat verib.

Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu mühacir müsavatçıların yaratdığı Avropa Müsavatçılarının Kordinasiya Mərkəzinin konfransında iştirak edəcəklər.

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzi (AKM) 22 oktyabr 2016-cı il tarixində keçirəcəyi təsis konfransından sonra Azərbaycan Respublikasının müstəqillik gününə həsr olunmuş bayram tədbirində “Mühacirlər” layihəsinin iki hissədən ibarət ikinci filminin birinci hissəsi nümayiş olunacaq, – jurnalist Yafəz Əkrəmoğlu məlumat verib.

“Film bir siyasi mühacirin – müsavatçı İlham Həsənin 1988-ci ildən bu günümüzə kimi Kəlbəcərdən Frankfurta kimi keçdiyi şərəfli mübarizə yolundan bəhs edir. Filmdə qəhrəmanımızın ətrafında cərəyan edən hadisələrlə yanaşı, həmin dövrlərdə Azərbaycanda, eləcə də Qarabağ ətrafında baş verənlər, Naxçıvanda gedən prosseslər, Gəncə “qiyamı”, hakimiyyətin dəyişməsi və s. hadisələr öz əksini tapır. Filmin ikinci hissəsi üzərin də tamamlanma işləri yekunlaşdıqdan sonra filmin yayımlanması nəzərdə tutulur”, – Yafəz Əkrəmoğlu bildirib.

Səfər çərçivəsində Müsavat rəhbərliyinin bir sıra rəsmi və qeyri-rəsmi görüşlər keçirəcəyi planlaşdırılır.

Bastainfo.com



This post has been seen 62 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: