Prokuror Qiyas İbrahimova 9 il iş istədi

Gənc fəal Qiyas İbrahimovun məhkəməsi başa çatmaq üzrədir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə proses davam etdirilib. Prosesdə dövlət ittihamçısı Qiyas İbrahimova 9 il həbs cəzasının verilməsini istəyib. Bu haqda “Nida” Vətəndaş Hərəkatının təmsilçilərindən biri Ülvi Həsənli məlumat verib. 

Gənc fəal Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilir.

İttihamlar təsdiqlənərsə, onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

Q.İbrahimov B.Məmmədovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Gənclər narkotikdə ittiham edilirlər. Ancaq onlar işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Gənclərin keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi bildirilir.

Bastainfo.com



This post has been seen 75 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: