Siyasi fəal həbsdən çıxan gün işdən qovuldu

Bir neçə gün öncə siyası fəal Taleh Nəsibovun siyasi fəaliyyətinə görə həbs olunduğu barədə “Basta”da məlumat vermişdik.

Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında həkim işləyən Şirvan sakini Taleh Nəsibov siyasi iradəsinə görə Hacıqabul xəstəxanasının baş həkimi, Rayon icra rəhbərinin müavini və Polis rəisi tərəfindən dəfələrlə təqib və təzyiqə məruz qalmış və sonda Şirvan şəhər məhkəməsi Şirvan şəhər Olimpiya kompleksində hovuzdakı suyun soyuq olmasına etiraz  edən Taleh Nəsibova 5 sutka həbs vermişdir.

Həbsin səbəbi Taleh Nəsibovun hovuzdakı suyun soyuq olmasından şikayət etməsi olsa da, məhkəmədə söyüş söydüyünü iddia edən şahidlər üzünə durub.

Taleh Nəsibov günahsız həbs olunduğuna etiraz olaraq aclıq aksiyası keçirmiş və buna baxmayaraq 14 oktyabrda həbs olunanaraq 19 oktyabrda həbsdən çıxıb.

Həbsdən çıxdığının ilk günündə daha bir haqqsızlıqla üzləşib. Taleh Nəsibov Hacıqabul rayon xəstəxanasının baş həkimi tərəfindən işindən qovulub.

Taleh Nəsibovun “Basta”ya verdiyi məlumata görə baş həkim onu yanına çağıraraq işdən azad olunduğunu, artıq əmrinin hazırlandığını bildirib. Taleh Nəsibovun dediyinə görə baş həkim Beydulla Qarayev onu öz razılığı ilə işdən çıxmaq istədiyini bildirən ərizəyə zorla imza atrırmaq istəyir.

 

Könül Alı, Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: