Əsədin xanımından açıqlama: ”Mənə qaçmaq üçün fürsət verildi”

Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd, ərinin düşmənləri tərəfindən ona ölkəni tərk etməsi təklifini etdiyini bildirib.

Rusiyanın dövlət televiziyası olan “Rossiya 24” ə müsahibə verən 41 yaşlı 3 uşaq anasıƏsma Əsəd deyib ki, Suriyadan qaçmaq fürsəti üçün təklif alıb:

“Təkliflər uşaqlarımın təhlükəsizliyi və maddi təminatım üçün idi. Bu insanların marağının nə olduğunu anlamaq üçün dahi olmağa gərək yoxdur. Bu xalqın öz liderlərinə olan etibarını sarıtmaq üçün aparılan bir siyasətdir. Daxili savaşlar oldu mən yenə bu ölkədən qaçmadım. Əvvəldən sona qədər burda olacam”. 

Təklifin kimlər tərəfindən gəldiyini açıqlamayan Əsəd, o şəxslərin suriyalı olmadığını bildirib.

 

 

Bastainfo.com

One thought on “Əsədin xanımından açıqlama: ”Mənə qaçmaq üçün fürsət verildi”

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: