Müsavat AKM-in keçirdiyi konfrans başa çatdı

Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) Almaniyanın Frankfurt şəhərində keçirdiyi konfrans başa çatdı.

AKM üzvü, bugünkü konfransın sədri Yafəz Əkrəmoğlunun “Basta”ya verdiyi məlumata görə, konfrasda qurumun rəhbərliyinə seçkilər keçirilib.

Seçkinin nəticələrinə əsasən İlham Həsən AKM-in sədri seçilib. Həmçinin qurumun 3 nəfərdən ibarət MNTK-sı, və 11 nəfərdən ibarət Məclisi formalaşıb.

Onu da əlavə edək ki, Almaniyada səfərdə olan Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu da konfransda iştirak edirdi.

Müsavata və Azərbaycan xalqına xeyirli olsun!

Könül Alı, Bastainfo.com

 

14716340_1766587456916552_7585067275026661223_n

14732369_1766587483583216_2877384489386699457_n

14731290_1766587463583218_857677277553291710_n



This post has been seen 42 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: