Müsavat Almaniyada konfrans keçirdi

Oktyabrın 22-də Almaniyanın Frankfurt şəhərində Müsavat Partiyası Avropa Koordinasiya Mərkəzinin (AKM) konfransı keçirilib. Konfrans “Kanal13”-ün feysbuk səhifəsindən canlı olaraq yayımlanıb.

Konfransda Almaniyada səfərdə olan Müsavat başqanı Arif Hacılı, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, başqan müavini Yadigar Sadıqov və Məclis üzvü Nazim Azadoğlu da iştirak ediblər. 

Konfransa sədrlik edən Yafəz Əkrəmoğlunun “Basta”ya verdiyi məlumata görə, konfransda partiyanın başqanı Arif Hacılı, başqanın müavinləri Gülağa Aslanlı və Yadigar Sadıqov, müsavatçı mühacirlər İlham Həsən, Eldəniz Yusibov, Çağlar Qasımov, Əhməd Dadaşov və digərləri ölkənin və partiyanın qarşısında duran vəzifələrlə bağlı çıxış ediblər.

Konfrasda həmçinin qurumun rəhbərliyinə seçkilər keçirilib.

Seçkinin nəticələrinə əsasən İlham Həsən AKM-in sədri seçilib. Həmçinin qurumun 3 nəfərdən ibarət NTK-sı, və 11 nəfərdən ibarət Məclisi formalaşıb.

Məclis üzvü seçilənlər:

  1. Aybəniz Ağayeva
  2. Gülbəniz Bayramova
  3. Leyla Hacıyeva
  4. Vəfa Məmmədova
  5. Azər Bayramov
  6. Ceyhun Qubadov
  7. Əli Quliyev
  8. Habil Rəsulov
  9. Nurlan Əliyev
  10. Tural Həsənov
  11. Zakir Ağayev

NTK üzvü seçilənlər:

  1. Yafəz Həsənov (Əkrəmoğlu)
  2. Günel Zamanova
  3. Zərifə Əliyeva.

Ötən gün həmçinin NTK-nın iclası keçirilib, Yafəz Həsənov (Əkrəmoğlu) NTK-nın sədri seçilib.

 

Könül Alı, Bastainfo.com

14716340_1766587456916552_7585067275026661223_n

14732369_1766587483583216_2877384489386699457_n

One thought on “Müsavat Almaniyada konfrans keçirdi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: