M. Ə. Rəsulzadənin son yadigarının 70 illiyi

Nəsiman Yaqublu, tarix elmləri doktoru 

(Rais  Rəsulzadənin 70 yaşı münasibəti ilə)

Düşünürdüm ki, bu yazımda babası haqqında – Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan M. Ə. Rəsulzadə ilə bağlı  az məqamlara toxunum. Çünki məqsədim daha çox onun haqqında oxuculara məlumat vermək idi. Lakin sonradan düşündüklərimə bir qədər əlavələr etdim: fikirləşdim ki, o, fərd olaraq necə maraqlı, çətin, əziyyətli, millətə faydalı (bu haqda aşağıda məlumat verəcəyəm) ömür yaşasa da onu daha çox M. Ə. Rəsulzadənin nəvəsi kimi tanıyırlar. Əslində o, bundan çox da narahat deyil (baxmayaraq ki, onun adı ilə bağlı bütün həyatı məşəqqətlər içində keçib, sürgündə doğulub, orada böyüyüb və s.), lakin bir məqamdan gileylidir ki, özünün çox gözəl bir rəssam və pedaqoq olduğu nədənsə unudulur. Elə indiki 70 yaşı və yubileyi unudulan kimi. Əslində bu məqaləni yubileyindən əvvəl yazıb (onun doğum günü noyabrın 1-dir) ictimaiyyətə çatdırmağımın da başlıca bir səbəbi var: insanlar onu unutmasın, sevsin, dəyərləndirsin və yaşatsın! Ona bu yubileyində hansı mükafatın, ordenin, medalın, fəxri adın veriləcəyi də önəmli deyil (bu, heç o qədər də gözlənilmir), əsas odur ki, onu unutmayaq. O, M. Ə. Rəsulzadənin oğlu Azərin oğludur, böyük bir şəxsiyyətin nəvəsidir və o nəslin son davamçısıdır.

Rais 1946-cı ilin noyabr ayında sürgündə – Qazaxıstanın Almatı vilayətinin, Kirov rayonunun Kirov qəsəbəsində anadan olub. 3 yaşında anası  (Şölə xanım)  dünyasını dəyişib. Uşaqlıq illərindən qardaşı Ramizlə (onun 7 yaşı vardı) anasız qalmağın əzabını çəkib, çətinliklə böyüyüb. Karaqanda şəhərində orta məktəbə gedib və şagirdlər arasında həmişə fərqlənib. Onun yaxşı təhsil almaqla yanaşı, gözəl rəsm əsərləri çəkməyi, məharətlə şahmat oynamağı da vardı. Karaqandada orta məktəbdə oxuyarkən şahmat üzrə məktəb çempionu olmuş, vilayət yarışlarında iştirak etmişdi. Həmin dövrdə Qazaxıstan çempionu Boris Kataumovla da heç-heçə oynamışdı.

O, şahmat üzrə birinci dərəcəli şahmatçıdır.

Rəssamlığa isə hələ uşaq yaşlarından maraq göstərib. Atası Azər Rəsulzadə gözəl rəssam idi və sürgündəki uşaqlara rəsm çəkməyi öyrədirdi (qeyd edim ki, Azər Rəsulzadə ilə 1990-cı ildə Karaqandaya gedib görüşmüş və ondan geniş məlumatlar əldə etmişdim. O, sonralar məşhur “Mixaylo” adı ilə tanınan Mehdi Hüseynzadə ilə Novxanıda bağ qonşusu olmuş, dostluq etmiş, birlikdə rəssamlıq sənətini öyrənmişdilər).

Beləliklə, Rais həm də rəssam ailəsində böyümüşdü. Elə bunun nəticəsi idi ki, orta məktəbdə oxuya-oxuya, paralel şəkildə qiyabi olaraq N. K. Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetində əlavə təhsil alıb. Belə ki, bu universitet Moskvada tələbələrin tez-tez sərgilərini keçirirdi. Onun rəsm əsərləri bu sərgilərdə daima nümayiş etdirilirdi. Çəkdiyi rəsm əsərləri sırasında natürmort, mənzərə, kompozisiya, portret, incəsənət tarixi, rəngkarlıq texnologiyası vardı. Orta məktəbi bitirdikdə onun 50-dən çox diqqəti cəlb edən rəsm əsərləri hazır idi.

1965-1969-cu ildə isə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbində təhsil aldı və oranı bitirdi. Bu illərdə həmin  məktəbin yataqxanasında yaşamışdı. Yataqxanada isə sonralar Azərbaycan mədəniyyətinin tanınmış simaları olan Rasim Balayev, Səməndər Rzayev, Mikayıl Mirzə, müğənni Qədir Rüstəmov da qalırdılar.Onlarla aralarında səmimi münasibət də yaranmışdı.

Raisin istedadlı rəssam olduğuna aid bir hadisə də var. O, Rusiyanın Penza vilayətinin Kuznetsk şəhərində (bu şəhər məşhur inqilabçı-yazıçı Radişşevin vətənidir) əsgəri xidmət keçirdi. Orada 12 hərbi hissə arasında “Hərbi hissənin ən yaxşı tərtibi” mövzusunda müsabiqə keçirilirdi. Xidmət etdiyi hərbi hissə müsabiqənin  qalibi oldu. Bu qalibiyyətdə Raisin rəssamlıq istedadı önəmli rol oynamışdı. Müsabiqədəki uğurundan sonra hərbi hissələrin  Saratovda yerləşən komandiri, polkovnik (albay) Kazantsev onu özü ilə oraya aparmaq istədi. 15 gündən sonra onun Saratova aparılması üçün komandir tərəfindən xüsusi təyyarə göndərildi (bu, adi bir sovet əsgərinin yüksək istedadının həm də nümunəsi idi ki, dəyərləndirilirdi). Saratovda, Baş Qərargahda general Karakulko ilə onu  tanış etdilər. Bu tanışlıqdan sonra burada o, xüsusi yaradıcı  tapşırıqları yerinə yetirir, monumental əsərlərlə yanaşı, rəngkarlıq əsərlərini də yaradırdı.

Ona təklif etdilər ki, xidmətdən sonra qalıb Saratov Mərkəzində uşaq bağçasında mozaika işləri aparsın. Hərbi hissənin generalının təkidli tələbinə və xahişinə baxmayaraq, o, bundan imtina etdi. Və təbii ki, general bu istedadlı rəssamın Saratovda qalmasını istəyirdi. Çünki bu müddətdə Rais şəhərin bir çox kitabxanalarında portretlər işləmiş, stadionda isə mozaika işləri görmüş və bunlar hamısı bəyənilmişdi.

Onu isə Azərbaycan, Bakı özünə çəkirdi. Bura onun Vətəni idi. Burada onun doğmalarının ruhu yaşayırdı. 1918-ci ildə məhz burada onun babası M. Ə. Rəsulzadə ilk müstəqil Azərbaycan dövlətini qurmuş, xalqın başı üzərində üçrəngli bayrağı dalğalandırmışdı. Burada onun gənc əmisi Rəsul 19 yaşında güllələnmiş, buradan onun bütün ailəsi və qohumları sürgün edilmişdi.

Картинки по запросу isa qəmbər və rəis rəsulzadə

Babası M. Ə. Rəsulzadə haqqında ilk bilgiləri isə atasından öyrənmişdi (orta məktəbdə oxuyanda). M. Ə. Rəsulzadənin ilk fotosunu sonradan ona qohumu, atasının xalası oğlu Oqtay Sadıqzadə göstərmişdi.

1971-ci ilin dekabrında Bakıya gəldi. Bakıda havalar soyuq, qarlı-şaxtalı idi. Vətəndə, Bakıda qalmağa yer tapa bilmirdi. 2-3 aya qədər emalatxanalarda, əsasən də qohumu Toğrulun emalatxanasında qaldı.

Bir müddət sonra öyrəndi ki, birdəfəlik sifarişi yerinə yetirmək üçün qeyri-yaşayış mənzilləri verirlər. İndiki Süleyman Rüstəm küçəsi, 10 ünvanda bir zirzəmini də ona verdilər (başqa nə etməli, harada qalmalı idi?).

Həmin zirzəmidən iki maşın zibil təmizlədi. Oranı özü üçün həm yaşayış yeri, həm də  yaradıcılıq emalatxanası etdi. Zirzəmidə elektrik və isitmə sistemi olmadığından bir müddət paltosuna bürünüb oturur, soyuqdan yata bilmirdi (qeyd edim ki, həmin zirzəmini Rais bəy sonradan mənə də göstərmişdi).

Zirzəmidə qonşulardan gizli yaşayırdı. Hamı düşünürdü ki, o, buradan yalnız emalatxana kimi istifadə edir, axşamlar isə evinə gedir. Kimsənin ağlına gəlməzdi ki, belə havasız, rütubətli, qaranlıq zirzəmidə bu dövləti quran şəxsin nəvəsi yaşayır?Hətta burada yaşamaq icazəsi sənədinə  həkim də baxmış və qol çəkməmişdi. On bir pilləkən yerin aşağısında yerləşən zirzəmidə isə o, dayanmadan çalışır, gecə-gündüz işləyirdi. Həmin həyətdə yaşayan bir fotoqraf onun haqqında maraqlı  hekayə də yazmışdı: “Tərki-dünya”.

Həmin fotoqrafın Zeynəb Xanlarova haqqında da bir hekayəsi vardı. Hətta qonşular deyirmiş ki, o, heç kimlə danışmağa, görüşməyə meyl etmir, yalnız “podval”da (zirzəmi) işləyir, yəqin orada “pul” rəsmi çəkir.

Bir dəfə isə “uçastkovıy” (sahə təlimatçısı) eşidib buraya gəlmiş və təəccüblə demişdi: “Altı ildir burada işləyirəm, belə yerdə yaşadığına inanmazdım”.

Amma həyat ağır idi və davam edirdi. Zirzəmi həyatı səhhətinə pis təsir edirdi və iki ay bərk xəstələndi də.

Bir dəfə isə ona dərs deyən bir müəllimlə qaz idarəsinin rəisi də bu zirzəmiyə gəldilər və vəziyyətlə tanış olduqdan sonra buraya tezliklə qaz xətti çəkdilər. On iki ilə yaxın o, bu zirzəmidə yaşadı.

1972-ci ildə xalq rəssamı  Nadir Əbdürrəhmanovun təklifi ilə V. İ. Lenin adına Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun bədii qrafika fakultəsinə daxil oldu və 1977-ci ildə həmin institutu bitirdi.

Rais 1975-ci ildən bir sıra beynəlxalq, ümumittifaq və respublika bədii sərgilərinin iştirakçısıdır. 1978-ci ildən keçmiş SSRİ və Azərbaycan Rəssamlar  İttifaqının üzvüdür.

1978-ci ildə İnstitutu bitirdikdə fəallığını nəzərə alan rəhbərlik onu dərs demək üçün “rəsm, heykəltəraşlıq və boyakarlıq” kafedrasında əvvəl saathesabı müəllim, sonra müəllim vəzifəsinə irəli çəkdi. Hazırda isə o, bu institutun dosenti olaraq işləyir.

Qeyd edim ki, onun rəsm əsərləri Kubada (Havana-1980), Əfqanıstanda (1980-1981), Polşada (1988), ABŞ-da (Hyuston-1989) və başqa şəhərlərdə nümayiş etdirilib.

Son illərdə isə Azərbaycan Respublikası incəsənətinin Bakıda, Moskvada, İstanbulda  açılmış “Payız”, “Yaz”, “Novruz” sərgilərində iştirak edib. 1994-cü ildə onun I fərdi sərgisi, 1995-ci ildə isə II fərdi sərgisi açılıb.

1992-ci ildə rəssam dostları ilə cəbhə bölgəsinə gedib əsgərlərlə görüşdülər, onları ruhlandırdılar.Qayıdandan sonra isə həmin əsgərlərin portretlərini yaratdılar.

2002-ci ildə o, Azərbaycan Respublikasının “əməkdar rəssamı” fəxri adına layiq görülüb.

M. Ə. Rəsulzadənin son yadigarinin 70 illiyi

Hazırda  Azərbaycan mənzərələrini çəkməyə üstünlük verir. Tez-tez rayonlara gedir, təbiəti daha da yaxından müşahidə edib, tablolara köçürür.

Tanıyanlar onu çox sevir, çox dəyərləndirirlər. Sənətinə vurğun olan bəzi dostları isə hətta ona şeir də həsr edirlər.

Bir dəfə Almaniyada müalicə olunarkən Raisin yanına getmişdim. Səfirlik əməkdaşından ona diqqətli olmalarını xahiş edəndə bu cavabı eşitdim: “Bilirsiniz, o, elə davranır ki, ona hörmət qoymamaq, onu dəyərləndirməmək mümkün deyil. Olduqca mədəni və səviyyəli insandır”.

Bu sözləri eşidəndə Stalinin onun babası M. Ə. Rəsulzadə haqqında dediklərini xatırladım. (“Stalinlə ixtilal xatirələri kitabı”ndan). M. Ə. Rəsulzadəni burada ölümdən xilas edib özü ilə Moskvaya aparan Stalin ondan heç bir xahişi belə etməyən keçmiş inqilabçı dostu haqqında deyir: “Qəribə insandır, bu Rəsulzadə… Heç bir arzu, heç bir ehtiyac ərz etmir”.

1989-cu ildə onunla professor Murtuz Sadıqovun vasitəsi ilə tanış olmuşdum. O dövrdən 27 il keçir. Biz onunla yaxın dostuq. O, M. Ə. Rəsulzadənin nəvəsidir, mən isə onun tədqiqatçısı. Ancaq onu həm də istedadlı, gözəl rəsm əsərlərinin müəllifi, tələbələrinin sevimli müəllimi olan bir pedaqoq, yüksək mənəviyyatlı dost  kimi də  dəyərləndirirəm.

Rais Rəsulzadə ömrün yetmiş ilini çox acınacaqlı olsa da çox da mənalı yaşayıb!

32 thoughts on “M. Ə. Rəsulzadənin son yadigarının 70 illiyi

  • 31.10.2016 at 07:24
    Permalink

    I just want to mention I am just all new to blogging and absolutely savored you’re web blog. Almost certainly I’m want to bookmark your blog post . You amazingly have very good writings. With thanks for revealing your blog.

    Reply
  • 06.11.2016 at 15:55
    Permalink

    I¡¦m not sure the place you’re getting your info, however great topic. I must spend some time learning much more or understanding more. Thanks for great information I used to be searching for this information for my mission.

    Reply
  • 10.11.2016 at 10:37
    Permalink

    you are really a good webmaster. The site loading speed is amazing. It sort of feels that you’re doing any distinctive trick. Moreover, The contents are masterpiece. you’ve performed a magnificent process in this topic!

    Reply
  • 11.11.2016 at 12:00
    Permalink

    It is in point of fact a great and helpful piece of info. I am happy that you just shared this helpful info with us. Please keep us informed like this. Thank you for sharing.

    Reply
  • 11.11.2016 at 16:15
    Permalink

    Hello, Neat post. There is a problem with your web site in web explorer, may test this¡K IE nonetheless is the market chief and a large portion of people will leave out your great writing because of this problem.

    Reply
  • 12.11.2016 at 12:07
    Permalink

    It’s perfect time to make some plans for the future and it is time to be happy. I’ve read this post and if I could I wish to suggest you some interesting things or suggestions. Perhaps you can write next articles referring to this article. I want to read more things about it!

    Reply
  • 13.11.2016 at 12:09
    Permalink

    Thank you for some other magnificent article. The place else may just anyone get that kind of info in such a perfect method of writing? I have a presentation subsequent week, and I am on the search for such info.

    Reply
  • 14.11.2016 at 08:56
    Permalink

    Thanks , I have recently been looking for information about this topic for ages and yours is the best I have discovered till now. However, what about the conclusion? Are you sure in regards to the source?

    Reply
  • 15.11.2016 at 06:01
    Permalink

    You are my aspiration, I have few blogs and often run out from post :). “No opera plot can be sensible, for people do not sing when they are feeling sensible.” by W. H. Auden.

    Reply
  • 15.11.2016 at 14:30
    Permalink

    You can definitely see your expertise within the work you write. The world hopes for more passionate writers like you who are not afraid to say how they believe. Always follow your heart. “What power has law where only money rules.” by Gaius Petronius.

    Reply
  • 16.11.2016 at 01:37
    Permalink

    Wow! This could be one specific with the most helpful blogs We’ve ever arrive across on this subject. Actually Fantastic. I’m also an expert in this topic so I can understand your hard work.

    Reply
  • 16.11.2016 at 09:59
    Permalink

    Thank you, I have just been searching for info approximately this subject for a long time and yours is the greatest I have found out so far. But, what concerning the bottom line? Are you certain in regards to the supply?

    Reply
  • 16.11.2016 at 13:53
    Permalink

    Someone necessarily lend a hand to make seriously posts I would state. That is the very first time I frequented your website page and to this point? I amazed with the analysis you made to make this particular post incredible. Fantastic task!

    Reply
  • 17.11.2016 at 00:31
    Permalink

    A thoughtful insight and concepts I will use on my blog. You’ve obviously spent a great deal of time on this. Thank you!

    Reply
  • 22.11.2016 at 01:25
    Permalink

    You completed some nice points there. I did a search on the matter and found nearly all persons will consent with your blog.

    Reply
  • 22.11.2016 at 02:36
    Permalink

    Fantastic post, you’ve pointed out some great details , I besides believe this s a really great internet site.

    Reply
  • 23.11.2016 at 15:55
    Permalink

    I do trust all of the concepts you’ve presented on your post. They are very convincing and will definitely work. Nonetheless, the posts are very quick for newbies. Could you please prolong them a bit from subsequent time? Thank you for the post.

    Reply
  • 24.11.2016 at 13:54
    Permalink

    Soon after study some of the content material in your internet internet site now, and i also truly considerably like your technique of blogging. I bookmarked it to my bookmark web website list and will also be checking back soon. Pls take a look at my internet site as nicely and told me what you believe.

    Reply
  • Pingback: URL

  • 25.11.2016 at 07:15
    Permalink

    275745 453629replica watches are amazing reproduction of original authentic swiss luxury time pieces. 841187

    Reply
  • 26.11.2016 at 19:42
    Permalink

    The next occasion Someone said a weblog, I’m hoping that this doesnt disappoint me as much as this. Come on, man, I know it was my choice to read, but I just thought youd have something intriguing to speak about. All I hear is actually a couple of whining about something you can fix when you werent too busy trying to locate attention.

    Reply
  • 28.11.2016 at 08:44
    Permalink

    Enjoyed looking through this, very good stuff, thanks . “The hunger for love is much more difficult to remove than the hunger for bread.” by Mother Theresa.

    Reply
  • 29.11.2016 at 00:04
    Permalink

    great work… Outstanding weblog here! Also your web site a great deal up quickly! What web host are you the usage of? Can I get your associate link on your host? I want my web site loaded up as quickly as yours lol…

    Reply
  • 29.11.2016 at 11:28
    Permalink

    I have been browsing online more than three hours nowadays, yet I by no means found any interesting article like yours. It’s beautiful worth enough for me. In my opinion, if all site owners and bloggers made just right content material as you did, the web will likely be much more useful than ever before. “No nation was ever ruined by trade.” by Benjamin Franklin.

    Reply
  • 30.11.2016 at 12:48
    Permalink

    Some genuinely nice and useful information on this website, likewise I believe the style and design holds fantastic features.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: