Suriyadakı azərbaycanlı azyaşlı: Ata, bura bomba atsalar… – VİDEO

“Ata, sənin üçün çox darıxıram. Səni qucaqlayıb, öpmək istəyirəm. Birdən bura bomba atsalar, səni bir də görə bilməyəcəm”.

Oxu.Az xəbər verir ki, bu ifadələr anası tərəfindən Suriyaya qaçırıldığı deyilən 5 yaşlı qızcığazın atasına göndərdiyi videodandır. Lalə Yusifovanın bu görüntüləri “WhatsApp” vasitəsilə atası, 39 yaşlı İlqar Yusifova Rakkadan göndərilib.

Ata iki qızından ən son xəbəri 3 ay öncə alıb.

Qeyd edək ki, bu məsələ ötən ildən medianın gündəminə gəlmişdi. İlqar Yusifov hələ o vaxt iddia edirdi ki, boşandıqdan bir neçə ay sonra Pərvanə Əhmədova 2 övladı – 11 yaşlı Nəzrin və 5 yaşlı Lalə ilə birlikdə yoxa çıxıb.

Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi açıqlamasında atanın fikirlərini absurd adlandırsa da, Daxili İşlər Nazirliyi Pərvanə Yusifova ilə bağlı məsələni nəzarətinə götürdüyünü bildirmişdi.

 



This post has been seen 68 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: