Venesuela prezidenti böhrandan çıxış yolu axtarır

Azərbaycanın dövlət başçısı İlham Əliyev Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronu qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüş məhdud tərkibdə olub. Görüşdə birgə bəyanat imzalanıb.

Bundan başqa “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında siyası məsləhətləşmələr mexanizminin yaradılması haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıblar.

“Azərbaycan Respublikası Hökuməti ilə Venesuela Bolivar Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri Delsi Rodrigez Qomes imzalayıblar.

Nikolas Maduronun Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşündə Venesuelanın investisiya imkanları müzakirə edilib.

Maduro Rəsizadəyə öz ölkəsinin energetika sahəsindəki imkanlarından danışıb, – “Turan” məlumat verir.

Ölkələr arasında turizm, mədəniyyət və kənd təsərrüfatı sahələrində iqtisadi əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Maduronun sözlərinə görə, Venesuela Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlıqda maraqlıdır. Belə ki, hər iki ölkə neft istehsalçısı hesab olunur.

Qeyd edək ki, Maduro neft istehsalçısı olan ölkələrə regional səfərə çıxıb.

Neftin qiyməti kəskin endikdən sonra Venesuelanın iqtisadiyyatı çökmək üzrədir, siyasi vəziyyət is sabitlikdən uzaqdır.  Hakimiyyətin əsas vəzifəsi iqtisadiyyatı xilas emək üçün yollar tapmaqdır. Bu mənada bu ölkəyə investisiya qoyuluşu olduqca risklidir və çətin ki özünü doğruldar.

Bastainfo.com

 



This post has been seen 23 times.

3 thoughts on “Venesuela prezidenti böhrandan çıxış yolu axtarır

  • 03.12.2016 at 15:01
    Permalink

    Hello! I know this is kind of off topic but I was wondering which blog platform are you using for this website? I’m getting tired of WordPress because I’ve had issues with hackers and I’m looking at alternatives for another platform. I would be fantastic if you could point me in the direction of a good platform.|

    Reply
  • 07.12.2016 at 03:58
    Permalink

    Having read this I believed it was extremely informative. I appreciate you spending some time and effort to put this short article together. I once again find myself spending a significant amount of time both reading and commenting. But so what, it was still worth it!|

    Reply
  • 07.12.2016 at 10:04
    Permalink

    972498 11893Hello DropshipDragon provides dropping for quality, affordable products direct from China to your customers. Perfect for eBay sellers and internet site owners alike! 522272

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: