Ermənistanla İran yeni qaz sövdələşməsi planlaşdırır

Cümə günü yüksək vəzifəli erməni rəsmisi bildirib ki, Ermənistan qonşu İrandan təbii qaz idxalını artırmağı planlaşdırır və tezliklə bununla bağlı müqavilə imzalanacaq. AzadlıqRadiosunun erməni xidmətinin yaydığı məlumatda belə deyilir.

Hazırda Ermənistan 2008-ci ildə tikilmiş boru kəməri vasitəsilə İrandan ildə 50 milyon kubmetr qaz idxal edir. Müqayisə üçün deyək ki, Rusiyanın Ermənistana satdığı qazın ümumi həcmi təqribən 2 milyard kubmetrdir.

YENİDƏN GÜRCÜSTANA İXRAC OLUNACAQ

İndiyədək İran qazını rəsmən dövlətin nəzarətində olan istilik-elektrik stansiyası satın alırdı. Stansiya alınan qazın əvəzində İrana elektrik enerjisi göndərirdi.

Ermənistanın İrandakı səfiri Artashes Tumanian bildirib ki, Yerevan bu yaxınlarda daha çox İran qazı almağı təklif edib. Bu qazın bir hissəsi yenidən Gürcüstana ixrac ediləcək. Səfirin sözlərinə görə, İran tərəfi bu təklifi qəbul edib.

“Hal-hazırda müvafiq sənədlər hazırlanır və layihələr üzərində iş gedir. Düşünürəm ki, qeyri-adi bir şey baş verməsə, saziş imzalanacaq”, deyə Tumanian RFE/RL-in erməni xidmətinə bildirib. O, imzalanmanın tarixi barədə bilgi verməyib.

“HEÇ KİMİN MARAQLARINA ZİDD DEYİL”

Avqustda Enerji naziri Levon Yolian-ın Tehrana səfərindən sonra Ermənistan hökuməti İran qazının idxalından ötrü enerji şirkəti yaradacağını elan etmişdi. Ancaq idxalın həcmləri barədə heç bir məlumat verilməyib.

Tumanian iddia edir ki, Rusiya Ermənistanla İran arasında planlaşdırılan sövdələşməyə etiraz etməyəcək, çünki bu sövdələşmə “heç kimin maraqlarına zidd deyil”.

“Sənədlər razılaşdırılmağa hazırdır və tərəflərin heç birində maneə görmürəm”, deyə səfir bildirib.

Yerevanın İran qazının ixracını artırmağa qərar verməsindən öncə də iki ölkənin mübadiləsi xeyli genişləndiriləcəkdi. Belə ki, onları birləşdirən üçüncü enerji ötürmə xətti çəkilməkdədir. Dəyəri 120 milyon dollar olan bu xəttin çəkilişinin 2019-cu ildə başa çatacağı gözlənilir.

Bastainfo.com



This post has been seen 25 times.

2 thoughts on “Ermənistanla İran yeni qaz sövdələşməsi planlaşdırır

  • 02.12.2016 at 07:46
    Permalink

    I am sure this piece of writing has touched all the internet visitors, its really really fastidious paragraph on building up new website.|

    Reply
  • 07.12.2016 at 11:51
    Permalink

    I wanted to thank you for this wonderful read!! I certainly loved every little bit of it. I have you book marked to look at new stuff you post…|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: