Benzinin ən ucuz və ən baha satıldığı ölkələr hansılardır?

Rueconomics.ru-nun ekspertləri dünyada benzinin ən ucuz və baha  satıldığı ölkələrin adlarını açıqlayıblar.

Məlum olub ki, dünyada benzinin ən ucuz olduğu yer Venesueladır. Maduronun ölkəsində benzin demək olar ki havayı – 1 sentə satılır. Buna rəğmən Venesuela iqtisadiyyatı dərin böhrana girib və ölkə başçısı digər partnyorlarından, o cümlədən iki gün öncə səfər etdiyi Azərbaycandan kömək istəyib.

Benzinin ucuz satıldığı ikinci ölkə dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanıdır. Burada benzinin litri 24 sentdir. Daha bir neft istehsalçısı olan İranda isə benzin 34 sentə satılır.

Benzinin ən baha satıldığı yer Honkonqdur – 1,87 dollar. Siyahıda sonrakı yerlərdə Norveç – 1,78 dollar və Hollandiyadır – 1,68 dollar.

Qeyri-rəsmi statistikaya görə isə dünyada benzinin ən baha başa gəldiyi ölkə Hindistandır. Nominal qiyməti baha olmasa da, burada yanacağın 1 litrinin qiyməti adambaşına düşən gündəlik gəlirin 20 faizinə bərabərdir.

Azərbaycan neft ixrac etsə də, ölkəmiz adambaşına düşən gəlirlə müqayisədə benzinin baha satıldığı ölkələr sırasına daxildir.

Картинки по запросу yanacaqdoldurma məntəqələri

Kamran, Bastainfo.com

%d bloqqer bunu bəyənir: