Koroğlu-Qoroğlu-Odoğlu

Ön söz

Koroğlu məni uşaqlıqdan özünə cəlb edirdi. İnanmaq istəyirdim ki, doğrudan da Koroğlu adında adam olub və o, əzilənlərin yolunda vuruşub onları savunub. Sonralar mən kök dil nəzəriyyəsiylə maşğul olmağa başlayanda gördüm ki, dastanda demək olar ki, hər adın öz anlamı var və bu anlamlar obrazların xislətinə uyğundur. Bu fakt Koroğlunun minillər öncə yarandığına məni inandırdı. Çünki İslam dini üçün ad yalnız fərqləndirmə vasitəsi, türklər üçünsə insanın xislətinin və hünərinin göstəricisiydi. Qədim insanın müdrikliyi bizi heyrətləndirməyə bilməz. Filosof -yazar Böyükkişi Heydərlinin fikrincə, bütün fikirlər antik zamanda yaranıb, sonrakı dövrlərdə isə onların cılalanması gedib və bu günə kimi də gedir.

1992-ci ilin iyun ayında mən Koroğlu, Qoroğlu, Odoğlu adlı məqalə yazaraq AXC Ağdam şöbəsinin “Ana torpaq” qəzətində çap etdirdim. Mən həmin vaxt Ağdamda, Eldar Bağırov adına taborun döyüşçüsüydüm. Fəqət, o vaxt biliyimin azlığına və lazimi ədəbiyyatın olmamasına görə məqalə zəif çıxdı. Mənə təskinlik verən məqalənin Əsgəran tərəfdə yerləşən Aranzəmin kəndindəki postda yazmağım oldu. Amma buna baxmayaraq, Koroğlu haqqında araşdırmalarımı davam etdirirdim. 2006-cı ildə Hatəmi Tantəkinin “Məqalələr” bitigində (kitabında) çap edilmiş “Koroğlu-Odoğlu”(1967) və “Koroğlu surətinin mənşəyi məsələlərinə dair” maqalələrini oxuyandan sonra mən bir daha əmin oldum ki, düz yoldayam.

Koroğlu xalqımızın azadlıq və döyüşkənlik ruhunun qoruyucusu olub. İstər çar, istər sovet, istər şah ya da islam rejimində, düyün toylarında, el şənliklərində Koroğlu cəngiləri çalınar, aşıqlar dastandan boylar danışardılar (çox təəssüf ki, bu ənənə Azərbaycanın quzayında unudulub, güneyindəsə davam etməkdədir).

Hatəmi Tantəkinin 1987-ci ildə yaratdığı Çənlibel Elmi-Ədəbi Birliyi 1988-ciildə başlayan Milli Azadlıq Harakatının qurucusu olaraq, Azadlıq (ovaxtkı Lenin) Maydanını Çənlibelə, Üzeyir bəy Hacıbəylinin “Koroğlu” operasının üvertürasını Koroğlu nərəsinə çevirdi.

Bu məqalənin yazılmasında göstərdiyi yardıma, verdiyi məsləhətlərə görə mənimsavaşçı olaraq qəlibləşməyimdə əvəzedilməz rolu olan ustadım Hatəmi Tantəkinərazılığımı bildirir, ömrünün 80-ci ilində can sağlığı və uzun ömür arzulayıram.

Alı və Çənlibel

Başlayaq Alıdan. Belə fikir var kı, Alı Əli adının təhrifə uğramış şəklidir. Halbuki, Əli Alinın ahang qanununa uyğunlaşdırılmış şəklidir və görünür ki, ərəbadı Ali, türk adı Alıdan yaranıb.

Qayıdaq Alıya. Alıyla Rövşən düşmən təqibindən qurtularaq çox yerlərikeçəndən sonra, sıldırım qayalı bir yerə çatdılar. Alı hara gəldiklərini soruşduqdaRövşən dedi ki, hər tərəfi sıldırım qayalıq çənli, çiskinli bir yerdir. Alı dedi ki,“oğul mənim axtardığım yer buradır”. Bəs niyə Alı gözəl yerləri qoyub, belə biryeri seçir. Ünlü folqlorşünas Hatəmi Tantəkin yazır: “Qədim türklər böyükşəxsiyyətləri dağların başında basdırar, köçəri türklərsə, ölülərini dağ başındaqoyub qurda, quşa diddirərmişlər (məqalələr 2006, səh 17). Hatəmi Tantəkinin yazdığına görə, şumerlər (əslində samqarlar, ya da samarlar. Y.T.) yeraltı qaranlıqölüm dünyasına qur demişlər. Çulım türkləri adam yaşamayan yerlərə alıs yardemişlər (orda səh 19,20). Qur və alıs sözlərinin anlamı oddur. Deməli, qurqan vəalıs yar-yanmışlar yurdu; ya da yanar yer deməkdir. Ölüm sözünün köki öl, aldanyaranıb, ölmək-alışıb yanmaqdır.

Alı sözünün etimologiyasına baxaq. Alı sözünün köki aldır. Alı – allı sözündən yaranmışdır. Bütün saitlərin anası a olduğu üçün ı səsini a-ya çevirsək, yəni, anasəsə qaytarsaq, Allı sözü Alla olar. Sözün bitməsi üçün aq sözünü (şəkilçisini)qoysaq, Alla-aq alınar. Sonralar üçüncü a düşüb və allaaq, allaqa çevrilib. Aydındır ki, allaaq və allaq ərəblərin adına yazılan allah sözünün ilkin şəklidir. Görürük ki,islam dini yaranmamışdan minillər öncə türklər allah sözünü bilirmişlər. Fəqət,allah dunyanın və kayınatın yaradıcısı və ağası yox, yeraltı ölüm dunyasınıntanrısıymış. Allah sözünün anlamı: 1.Uca oddan doğulmuş. 2.Yandıran, can alan və öldürəndir. Mədəni bitkilərin canın alan, öldürən ota alaq deyilir. Alaq allaq sözündən yaranmışdır. Alı Rövşənə deyir ki, “cavan vaxtlarda burda çox at oynatmışam, çox cayranlara ox atmışam, çox cüyürlər vurmuşam. Bura mənim oylağımdır”. Koroğlunun oğulluğa götürdüyü Ayvazın da atasının adı Alıdır, sənətidə qassab. Ovçu da, qassab da canlını öldürürlər, fərqi yoxdur ya hayvan olsun, ya insan. Bu faktla Alının yəni, Allahın ölüm tanrısı olduğu təsdiqlənir. O ki qaldı Alının korluğuna, kor olmaq qaranlıq dunyada yaşamaqdır. Hatəmi Tantəkin yazır : “Alı kişinin korluğu, təmsil etdiyi Alisyarın (qaranlıq ölüm dünyasının Y.T.) zülmətindən, qaranlığından, korluğundan gəlir (orda səh. 20). İnsan öləndə deyirlərki, allahın dargahına getdi. İslam dininə görə bütün kayınat, dirilər və ölülər dunyası Allahın dargahıdır. Bir daha görünür ki, Allahın dargahı yalnız qaranlıqölüm dunyası, alıs yarmış və türk ruhu bu gün də, bu qədim inancı yaşadır.

Keçək Çənlibelə. Çənlibel M.H.Təhmasib variantında çənli, çiskinli yer kimi A.Xodzqo variantındasa, cəmlibel şəklində, yozumuda dağ ruhu, şamlıq, yəni, şam ağaclarının bitdiyi yüksəklik kimi verilib (Türkiyədə çənlibelə çamlıbel deyirlər). Çanlı və camlı sözlərini ana səsə qaytarsaq, qanlı və qamlı olar, qan və qamınanlamı ruh və candır. Cənli və Camlıbel-ruhlar, ya da ruhdan törəmişlər yurdudur.

Keçək şamlıq məsələsinə. Şam sözü qamdan(ruhdan) törəyib. Şamın ışıqmənbəyi, samanınsa ruh adamı olması burdan gəlir. Türk millətində ağac inancı bugün də yaşayır. Qutsal ağacların başında şam ağacı dayanır. Bu gün milad və yeniil bayramlarında şam ağacının bəzədilməsi və onun başına fırlanmaq avropalılarınadına yazılsa da, bu törənin özülünü türklər qoyub. Görünür ki, məsələdə ən ümdərolu şam ağacının təbiətin bütün zərbələrinə davam gətirərək, yarpaqlarının saralıbtökilməməsi, həmişəyaşıl olmasıdır.

Beləliklə, Çənlibelin ruhlar yurdu, alıs yar (Allah yurdu) olması haqqında Hatəmi Tantəkinin gəldiyi nəticə öz təsdiqini tapır.

Rövşən Koroğlu

Dastanın baş qahramanın adı Rövşəndir. Rövşən fars dilində ışıqlı deməkdir. Rövşən sözünü ana səslərə qaytarsaq (r səsini çıxmaqla) Rabqan, ya da Raqqan alınar (bütün boğaz səslərinin anası q, dodaq səslərinsə b-dır.Yalnız v səsi, q və bsəslərinin ortaq balasıdır. Buna görə də, v-nı ana səsə qaytaranda, q və b-ya bölünür). Rab(raq)-günəş, qan-ruh, ucalıq, doğum və törəmə deməkdir. Beləliklə, Rövşənin anlamı-oddan, günəşdən doğulmuş, törəmişdir. Bir çox tanrıların adları: qədim Misir tanrısı Ra, hind tanrısı Rama, ərəb dilində allahın sinonimi olan Rəbb, anlamlarına görə Rövşənlə eynidirlər (ləzgi dilində günəşə rağ deyirlər). Misir fironları Ramzeslərin adının anlamı-günəşdən törəmişdir (Ram-günəş, zes(əslindəzat)-nəsil, törəmə).

Koroğlu sözünün anlamı ilkin baxışda hamıya aydındır. Alı vəsiyyətində dedi: “Get sənin adını Koroğlu qoydum”. Düşünmək olar ki, Alı korluğuna görə oğlunabu adı verib. Koroğlu özü haqqında belə deyir:

Adımı soruşsan bil Rövşən olu,

Atadan-babadan cinsim Koroğlu.

Türkiyə variantında deyir:

Qardaşlar düşünmən bəni,

Nəslim Koroğlu, Koroğlu.

Gəlmişim Çamlıbelindən,

Cinsim Koroğlu, Koroğlu.

Bunun anlamı nədir? Yuxarıda göstərdim ki, Alının korluğu onun ölümdünyasının tanrısı (Allah) olmasıyla bağlıdır.Koroğlunun variantlarından biri,dunyanın və kayınatın yaradıcısı tanrı Qaraxanın oğludur. Qara sözünün kökiqarın anlamı oddur. Deməli, qara oddan doğulmuş deməkdir. Aydınlaşır ki, ışıqqaranlıqdan doğduğu kimi, qaranlıq da ışıqdan doğur. Qədim bir tapmaca bu fikritəsdiqləyir:

Qara xanın qarnı yarıq,

İçi dolu qızıl balıq, cavabı…

Kayınat və ulduzlar (söyləni Fərzulla Hatəmi).

Alı Rövşəni bütün dərdlərin davası olan, canlılara böyük güc verən suyu gətirmək üçün Qoşabulaq adlı yerə göndərdi. Batıdan və Doğudan gələn ikiulduzun toqquşmasından bulaqlar qaynadı. Rövşən sudan bir qab götürüb başınatökdü və bir qab içdi. Yenə bir qab götürmək istəyəndə gördü ki, bulaq durulub vəo kor-peşman geri qayıtmalı oldu. Buradan sual doğur: Niyə Rövşən birinci özüiçdi və yuyundu, sonra atası üçün götürmək istədi? Axı o birinci xəstə atasını,sonra özünü düşünməliydi. Doğrudanmı onun nəfsi belə güclüydü? Aydın olur ki, Alı (Allah) yerini Rövşənə-Koroğluya verərək, öz yurduna, qaranlıq ölümdunyasına qayıtmalıydı. Koroğlu Tanrı Qaraxanın, ya da Allahın oğlu olmasındanasılı olmayaraq qordan-oddan-ışıqdan doğulmuşdur. Bununla da görünür ki,Koroğlu Rövşənin nə yeni adı, nə də ayamasıdır. Koroğlu onun soyadıdır. Dastanınnə A.Xodzqo, nə də M.H.Təhmasib variantında Koroğlunun anası haqqındamalumat verilmir. Amma türkmən variantının adı “Qöroğlı (Goroğlu)”-dır. Bu adıona gorda, ölü qadından doğulduğuyçun vermişdilər. Burda Koroğlunun atasınınölüm tanrısı-Allah olması yada düşür. Çünki Allah qaranlıq ölüm dunyasınınolduğu kimi, gorların da ağasıdır.

Goroğlunu anasına görə bioloji varlıq sayırdılar. “Goroqlının öylenişi(Goroğlunun evlənməsi)” boyunda Goroğlunu görüb sevən, ona ərə getmək istəyənAğayunus Pəriyə dayası dəlil-dalalat edib deyir: “Qepimizi aytsaq, sen perizad, olbolsa adamızat Perizadınq aslı otdan adamzadınq aslı torpaqdan bolar. Senq özünotdan bolup, aslı torpaqdan bolan adamzada özünqi rova göryərsinq? Sanqa özjinsindən munasıp tapılmadımı?” Cavabında Ağayunus Pəri: “Yox, mamajan, aslıtorpaq xem bolsa, gözümə otdan issi görünyər” (orda səh.13). Burda görünür ki,daya Goroğlunun qiymətini anasına görə verir və atasının kimliyini nəzərə almır.Dastanın tacik variantı “Qurqulu” adlanır. Qur-od, qulu-oğlu deməkdir. Qurquluqədim Elladanın mifiq qahramanı Heraqlı yadımıza salır. Heraqlı romalılarHerqules adlandırırdılar. Çevirmənlər Heraqlı dilimizə “şöhrətlənmiş qahraman”kimi çevirsələr də, Heraqlın-Herqulesin anlamı-qoroğludur, odoğludur (Her/ger)-qor, od; aql, qules-oğul). Heraqlın atası-ölüm tanrılarının başçısı, od və yıldırımtanrısı Zevs, anası Fivanın şahı Amfitrionun arvadı Alqımenaydı. Burdan görünür ki, Ata-Göydür, Ana-torpaq, Ata ruh verir, Ana cisim. Koroğlu da, Heraql da“Tövrat”da və “Quran”da yazılan Adam da, Isa da ruhla cismi özlərindəbirləşdiriblər. Bu, İnsanın Tanrıdan törəməsinin, onun doğma balası olmasının ənböyük göstəricisidir. Burdan bir daha aydın olur ki, İnsan Tanrının balasıolduğuyçun, özü də TANRIDIR, MÜTLƏQDİR, YARADICIDIR, MÜQƏDDƏSDİR, QUTSALDIR. Bayrağımızın göy rəngi-göyü, tanrını, Atanı;yaşıl rəngi-torpağı, Ananı; qırmızı rəng isə onların Aşqından, birləşməsindənyaranmış Canı, Hayatı və İnsanlığı təmsil edir. Görünür ki, Ulu Öndərimiz M.Ə.Rəsulzadə bu qədim nəzəriyyəni bilirmiş və Qutsal bayrağımızı yaradanda bu inancdan yararlanmışdır.

Qırat və Durat

At sözünün ilkin şəkli aqdır. Aq insanın danışıq dilinin özülü olan, 8 sözdən biridir: aq, qa, ab, ba və onların birləşməsi olan: qaq, qab, bab və baq. Anlamı-odvə ışıqdır. At doğrudan da, odlu, güclü hayvandır. Hatta elmi işlərdə belə atgücündən yararlanırlar.

Qıratla, Duratın atası-su atı sehrli at olduğuyçun onlar böyük gücəyiyələnmişdilər. Bəzi araşdırmaçıların fikrincə, Qırat adı ona boz olduğuyçunverilib. Amma hər iki sözə baxanda görünür ki, qır və dur (dür təhrifdir) qur (qar) sözündən yaranıb. Atın erkəyi ayğır adlanır. Ayğırın anlamı-oddan törəmişdir. Alı atları qaranlıq tövlədə böyütməyə başladı. Bu nəyə lazımıydı?

Nağıl vədastanlarımızda göstərilir ki, şahların uşaqları doğulanda 15 yaşına qədər qaranlıqotaqda yaşayaraq, günəş üzü görməzlərmiş.Bu cür durumda böyüyən oğlanlar çoxqüvvətli və ağıllı olurmuşlar. Alı (Allah) atları öz dunyasının bir parçasında(qaranlıq tövlədə) böyütməklə ışığın qaranlıqdan doğduğunu göstərmişdir. Bəsonda niyə Durat Qırata nisbətən zəif oldu. Çünki Rövşənin səbirsizliyinin nəticəsində vaxtsız düşən ışıq, Duratın nisbətən zəifləməsinə səbəb oldu. Bu həmdə, Allahın qaranlıq dunyanın tanrısı olmasının daha bir təsdiqidir.

7777 dəli

Koroğlunun döyüşçüləri dəli adlanırdı. Dəli sözünün ilkin şəkli daqlay olub.Daq-od; lay-törəmə deməkdir. Dahi də, dəliylə eyni kökə və anlama bağlıdır. Sonralar daqlay, dalay və dəli şəkillərinə düşüb. Tibet ruhanılarının başçısı dalaylama adlanır. Bizim eldə bir məsəl var: “Aşığın sözü qurtaranda dalay-dalay deyər”, yəni dəlilik edər.

Gənc sözünün sinonimi dəliqanlıdır. Bu gəncliyin ruhlu, odlu və güclü olmasıyla bağlıdır.

A.Xodzqo variantında dəlilərin sayı 777, M.H.Təhmasib variantındasa 7770verilib. Amma ən düzü odur ki, dəlilərin sayı 7777-dir. Maraqlı odur ki, dəlilər nə artır, nə də azalır. Axı onlar döyüşürlər. Döyüşdə ölüm-itim də olmalıdır, Koroğluya yeni qoşulanlar da. Bəs, onda niyə onlar ağır durumlara düşürlər, ancaq ölmürlər? Bununçun 7777 rəqəminə baxmaq lazımdır.

Dörd dənə yeddini birləşdirsək 28 alınar. 28 Qız qalasının hündürlüyüdür. 2 ilə 8-i birləşdirsək, 10 alınar. Qız qalası 10-a oxşayır. Bu da qalanın 12-ci yüz ildə yox, minillər öncə tikilməsinin göstəricisidir. Ondan sıfırı götürsək, bir alınar. Bir-od, ışıq, ucalıq, bütövlük, ruh deməkdir. Əbəs deyil ki, bizdə qutsal sayılan yerlərə, ocaqla yanaşı, pir deyirlər. P dodaq səsi olaraq, b-nın balasıdır. Beləliklə, Koroğluvə 7777 dəli Ucalığın, Bütövlüyün, Gücün, Ruhun, Birliyin və Ölməzliyin təmsilçiləridir.

Nigar

Dastanın asas obrazlarından biri, Koroğlunun arvadı Nigardır. Nigar fars dilində“gözəl, yaraşıqlı” deməkdir. Nigarın ilkin şəkli: naaqqardır. Naaqqar uca oddan törəmiş deməkdir. Naaqqardan, nigardan başqa; Niaqara, nağara, nadan, nökər, naxarar və niqa sözləri yaranıb. Sual doğur ki, bu sözlərin bir-biriylə nə ilgisi var?

Niaqara Qanadanın Toronto mahalında yerləşən axar su (şəlalədir). Axar su ucadan gələn odu (vulkan lavasını) xatırladır. Nağara uca səsli zərb musiqi alətidir.

Nadar fars dilinin təsiriylə nadir şəklinə düşüb. Nadar adını heyif ki, yalnızgürcülər yaşadır. Nökər bizim fikirləşdiyimiz kimi xidmətçi demək deyil.

Nökərlərcangüdən, yaraqdaş və döyüşçü idilər. Yalnız qüvvətli, döyüşkən adamları nökər götürürdülər. Naxarar qədim pəhləvi sözü sayılır. Qədimdə ermənilərdə yüksək zadəgan rütbəsi sayılıb. Erməni dövlətçiliyi dağılandan sonra bütün zadəgan rütbələri kimi naxarar da yox oldu və indi az saylı soyadlarda yaşayır. Niqa Olimpin uğur və zəfər tanrısıydı, romalılar onu Viqtoriya adlandırırdılar. Cilalanma nəticəsində nigardan r səsi düşüb və o söz Niqaya çevrilib.

Nigar xotkarın, yəni, sultanın qızıydı. Xotkar qat və qar sözlərindən yaranıb. Anlamı-uca oddan doğulandır. Nigarın xotkarın sarayındakı dəbdəbəli hayatıburaxıb Çənlibelə gəlməsi onun Uca Ruhunun göstəricisidir. Nigarın təkcə dışıyox, həm də içi gözəl idi. Hətta yaşlı vaxtında da, o nadar (az tapılan) gözəlliyini itirməmişdi. Nigar bütün dəlilərin anasıydı. Nigar dəlilərin qayğısına qalır, onları evləndirir, lazım gələndə qılınc götürüb, Koroğluyla yanaşı döyüşür, ona yaraqdaş, arxa, dayaq olurdu. Bir sözlə, Nigar İşıq, Ucalıq, Böyük Ruh daşıyıcısı, Çənlibelin Uğur və Zəfər rəmzidir.

Dəli Həsən

Dastanda Həsən adlı bir neçə adam var. Həsən xan, Hasan paşa və Dəli Həsən. Bu ad da, bir çox araşdırmaçılar tərəfindən dastanın orta yüzillərdə yaranmasının subutu kimi göstərilir.

Ərəb dilində Həsənin anlamı gözəldir. Həsən sözünü ilkin şəklinə qaytarsaq, qassan alınar. Bəzən rus dilində Həsən Qassan şəklində yazılır. Qas-od; san-yer, yurd, şan-şöhrət, doğum, törəmə deməkdir. İki s-nın birləşməsindən z yaranıb. Homerin İlliada poemasındakı Qassandra və “Dədə Qorqud”dakı Qazan xan, Həsənin ad kimi qədimliyinin göstəricisidir. Dilimizdəki xəzinə və rus dilindəki qazna sözləri, qassan və qazan sözlərindən yaranıb. Uzaq Doğuda nəinki ərəblərin, heç müsəlmanların ayağı dəyməyən yerdə Xasan adlı göl var.

Dəli Həsən güclü, odlu, alovlu bir bahadır idi. O, Koroğluyla dostlaşandan sonra yağmaçılıqla topladığı xəzinəni Koroğluya verir (xəzinənin olması onunadına uyğun idi). Dəli Həsən Çənlibeldə Koroğludan sonra ikinci adam idi. Koroğlu bir yerə gedəndə o, Koroğlunu əvəzləyir, Çənlibelin savunmasını qurur, döyüşdə bozqurd kimi vuruşurdu. Aydınlaşır kı, Dəli Həsən, Həsən xan və Hasanpaşa adlarını doğruldublar.

Ayvaz

Dastanda maraqlı obrazlardan biri Koroğlunun oğulluğudur. Həm A.Xodzqo,həm də M.H.Təhmasib variantında onun adı Eyvaz şəklində gedir. Belə fikir var kı, Eyvaz Əvəz adının təhrifə uğramış şəklidir. Amma bu fikir səhvdir.

Ahang qanunu türk dilinin bel sutunudur, özülüdür. Bu qanuna görə Eyvazın əsl şəkli Ayvazdır. Ayvaz – uca oddan, ışıqdan doğulmuş deməkdir. Bu da, görünür,onun atasıyla bağlıdır. Yuxarıda göstərdiyim kimi, Ayvazın atasının adı Alıdır, sənəti də qassab, yəni hayvanların calladı. Burda hər iki Alının təkcə adaş yox, həm də ruhdaş olması özünü göstərir. Alının, yəni Allahın yeraltı, qaranlıq ölümdunyasının tanrısı olması bir daha aydınlaşır. Ayvazın hədsiz gözəl, igid bir bahadır olması onun Koroğluyla ata-baladan daha çox, qardaş olmasının göstəricisidir.

S.A: Qazaxda və Borçalıda bu gün də, Ayvaz və Ayvazalı adları yaşamaqdadır.

Keçəl Həmzə

Dastanın ən rəzil obrazlarından biri (bəlkə də birincisi) Keçəl Həmzədir. KeçəlHəmzə öz arzusuna çatmaq, Dona xanımla evlənərək, Hasan paşanın göyü olmaqçun hiylə və bicliklə Koroğlunun inamını qazanaraq Qıratı oğurladı. Bəs, Koroğlu niyə Həmzəyə inandı? Bunun iki nədəni var:

  1. Həmzənin adı. Həmzə ərəb adı sayılır. Anlamı – iti və kəsicidir. Sözü ilkin şəklinə qaytarsaq, Qanızat alınar. Qanı – ruh; zat – nəsil deməkdir.

Qış təbiətin ölüm dövrü sayılır. Torpaq, ağaclar və kollar qışda keçəlləşir. Nağıllarda göstərilir ki, keçəllər bütün işləri (istər xeyir, istər şər) kişi kimi üz-üzə yox, hiylə və bicliklə görürlər. Buna görə də, keçəl şərin rəmzi sayılır.

Beləliklə, Keçəl Həmzə – şər ruhdan doğulmuş deməkdir.

  1. Koroğlunun ruhu. Türk ruhu, bicliyi və hiyləni yaxın qoymurdu. Koroğlunun hiylədən, biclikdən yararlanmaq ağlına da gəlmirdi. O, hər bir sözü kişi sözü kimi qabul edir və ona inanmağı özünə borc bilirdi.

Mütləqimiz Asif ata deyib: “Əgər Koroğlu Həmzəyə inanmasaydı, Koroğlu olmazdı, Həmzə olardı”. Bu, əsil Türk ruhuydu ki, özünü Koroğluda göstərmişdi.

Koroğlunun qocalığı

M.H.Təhmasibvariantında göstərilir ki, Koroğlu qocalıb, davalardanyorulub, ömrünün son günlərini Çənlibeldə dinc yaşamaq istəyirdi. A.Xodzqo variantındasa göstərilirdi ki, Koroğlu qoca vaxtı öncə Məkkəyə – ziyarata, sonra atasının son arzusunu yerinə yetirərək, Şah Abbasın yanına getməkçün Çənlibeli tərk edir. Yolda da o, Şah Abbasın saray adamları olan Almaz xanla və Bahram xanla rastlaşır. Onlar Koroğlunu aldadaraq özlərilə aparırlar, sonra Qıratla Koroğlunu öldürürlər. Burda M.F.Axundzadənin bir fikri yada düşür. Mirzə Fətəli Məkkə ziyaratını ömrün sonu sayırdı (A.A.Bakıxanov, İ.B.Qutqaşınlı və İmam Şamil ömürlərini Məkkədə bitirmişdilər).

Əslində, qocalan cisim yox ruh idi. Tüfəng adlı yarağı görəndən sonra bədbinlik onu daha da bürüdü. Sonra düşmənlərin Çənlibelə hucum edəcəyindən xəbər tutan Aşıq Cununun (əslində Dəli Ozanın) səyiylə dəlilərin Çənlibelə qayıtması Koroğlunu gəncləşdirdi və o, düşmənləri darmadağın etdi.

O ki qaldı tüfəngə, əslində, söhbət tüfəngdən getmirdi. Tüfəngin atası ox-yaydır. Qədim tüfənglərə əbəs yerə dayandoldurum demirdilər. Bir əsgər tüfəngi doldurur, o biri tətiyi çəkirdi. Halbuki, bir tüfəng atılana qədər neçə dənə ox atmaq olardı. İstənilən uşağa ox atmaq öyrətsələr, o bir bahadırı öldürər. Deməli, burda söhbət umuman atıcı yaraqlardan gedir.

Nağılların bir çoxunda ox-yay döyüş yarağı kimi qabul olunmur. Dastanda Koroğlunun və dəlilərin yaraqları sırasında ox-yayın adı çəkilmir və yalnız bir-iki yerdə göstərilir.

Deməli, ən ümdə məsələ Türk Ruhundadır. Türk Ruhu yalanı, hiyləni vəbicliyi qabul etmədiyi kimi, atıcı yaraqları da döyüş yarağı olaraq qabul edəbilmirdi. Çünki Türk baxımından igidlik üz-üzə döyüşdəydi. Atıcı yaraqlar üz-üzə döyüşü sıxışdırırdılar (necə ki, sıxışdırıb məhv etdilər).

Son söz

Yüz illərdir ki, aşıqlar, aqınlar, baxşılar, dastançılar Koroğlunu öz zamanlarına və mühitlərinə uyğunlaşdırmağa çalışırlar. Onu allah bəndəsi, Məhəmməd ümməti,sünnü, şiə, sovet dövründəsə sinfi savaşın öndəri kimi göstərmək cəhdində bulunublar. Bəlkə doğrudan da, Koroğlu adında Çingizxan çeriki (əsgəri), Calalı hərakatının başçısı və başqa bu cür adamlar olub. Fəqət, onları mifik Koroğluyla adlarından və türklüklərindən başqa heç nə birləşdirmir. Göründüyü kimi Koroğlu mifik təfəkkürün qəlibləşdiyi dövrün məhsuludur. 200 ilə yaxın bir zaman ərzində araşdırmaçıların böyük hissəsi bu faktı ya görməyiblər, ya da görmək istəməyiblər.

Koroğlunun mifik obraz olduğunu ilk dəfə Hatəmi Tantəkin yazıb: “Burdan açıqca görünür ki, Goroğlu-Koroğlu ata-baba ruhları etiqadıyla, acdad qultuyla sıx bağlı olan asatırı bir suratdır” (orda səh. 20). Hatəmi Tantəkinin fikirləri dastanın A.Xodzqo variantında verilən Koroğlunun ölüm səhnəsini (sırf bioloji varlıq olduğunu) rədd edərək, ölümsüzlüyünü təsdiqləmiş oldu.

Burda ümdə rolu onun ölüm dunyasının tanrısı – Allahın oğlu olması oynayır. Herakl və İsa kimi Koroğlu da ya tanrı, ya da tanrıçaymış. Burdan görünür ki, Koroğlunun yaşı 7-8 min ildən aşağı deyil (Qız qalasının da yaşı təqribən bu qədərdir və aydınlaşır kı, Qız qalası inanc yeri olub).

Koroğlu ulularımızın inancıymış. Hər şeydən görünür ki, Zevsin oğlu qəhrəman Herakl, Koroğlunun Ellada variantıdır. Koroğlu savaşla bağlıydı. Amma bu savaş tanrılığı, Arisin, Marsın tanrılığına oxşamırdı. O, qırğınlar törətmir, şəhərləri, kəndləri tutub ağalıq etmirdi. Koroğlu haqqın, ədalətin savunmaçısı, qoruyucusuydu. Döyüşdən əl çəkəndə onun ruhu qocalır. Dəlilər qayıdıb savaş başlayandan sonra yenidən gəncləşir. Burda bir fəlsəfə açıq şəkildə özünü göstərir: “Həyat savaşdır. Yaşamaq istəyən savaşmağı bacarmalıdır və savaşdan yorulmamalıdır”. Koroğlunu minillər yaşadaraq zamanımıza çatdıran bu ruhdur. S.A: Koroğlu təkcə türklərdə yox, ruslarda da var. Fəqət, onlarda o, adam yox, ağzından od püskirən əjdahadır, adı da Zmey Qorınıç, yəni, Əjdaha Qoroğludur. O, xristianlığa qədərki inanclardan biri olaraq, şərin təmsilçisiydi.

Yaşar Türk-Azər.

Azarbaycan Milli-Azadlıq Hərəkatının Bayraqdarı.



This post has been seen 245 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: