Türkiyə Mosul döyüşündə iştirak etməyə israrlıdır

Türkiyə təkid edir ki, İraqın Mosul şəhərində özünü İslam Dövləti adlandıran qrupa qarşı müharibə davam edərkən o kənarda qala bilməz.

Baş nazir Binəli Yıldırım bildirib ki, İraq və ABŞ öz vədlərini yerinə yetirmədiyi üçün tədbirlərin görülməsi zəruri ola bilər.

Onun sözlərinə görə, hər iki ölkə şiə silahlı dəstələri və kürd separatçılarına əməliyyatlarda iştirak etməyə imkan verib.

Şənbə günü İraqın baş naziri Heydər əl-Abadi ABŞ-a bildirib ki, Türkiyə qüvvələrinə hələ ehtiyac yoxdur.

Müharibənin 6-cı günündə İraq daha çox torpağı geri qaytara bilib.(BBc)

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: