Avropa İttifaqı nümayəndələrini aparan təyyarə partladı – VİDEO

Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir

Avropa İttifaqının məsul şəxslərini aparan təyyarənin Malta ərazisində qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.
 
“Report” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 24-də səhər saatlarında baş verib.
Məlumata görə, “Metroliner” tipli təyyarə Avropa İttifaqının Sərhəd Xidmətinin rəsmi nümayəndələrini Maltanın cənubunda yerləşən Luka şəhərindən Liviyanın Misratu bölgəsinə aparırmış. Təyyarə havaya qalxandan az sonra qəzaya uğrayıb və yerə düşüb. İlkin məlumata görə, təyyarədə 10 nəfər olub.
 
Qəza nəticəsində ölənlərin sayının artacağı istisna edilmir.
 
Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
 

 


This post has been seen 70 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: