Gömrükçülər qızıl qaçaqmalçılığında suçlanır

Bakı Ağır Cinayətlər Məhkəməsində qızıl qaçaqmalçılığında təqsirləndirilən Dövlət Gömrük Komitəsinin dörd əməkdaşının mühakiməsi başlayıb. Biri qadın olan bu əməkdaşlar Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçiləri olub.

Onlarla birlikdə bu iş üzrə məhkəmə qarşısına daha iki nəfər çıxarılıb. Bunların biri Bakıdakı «Moskva» univermağında qızıl-zinət əşyalarının satışı ilə məşğul olan Ziyafət Qurbanova, digəri isə Türkmənistan vətəndaşı Aman Baylıyevdir.

Təqsirləndirilən 6 nəfərdən yalnız ikisi barəsində həbs-qətimkan tədbiri seçilib ki, onlardan biri həmin əcnəbidir. Həbsdə olan digər təqsirləndirilən isə keçmiş gömrük işçisi Neman Abbasovdur. Adil Kazımov, Aytəkin Tağıyeva, Muxtar Qasımov və Ziyafət Qurbanova barəsində isə polis nəzarətinə vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan-tədbiri seçilib.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Oktyabrın 24-də keçirilən hazırlıq iclasında həbsdəkilərin vəkilləri qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb, – AzadlıqRadiosu məlumat verir.

Oktyabrın 27-də adları çəkilən şəxslər məhkəmədə ifadə verəcəklər. Onlara rüşvət və qaçaqmalçılıq ittihamları verilib.

Bastainfo.com



This post has been seen 43 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: