Polis Bakıda nurçulara qarşı əməliyyat keçirib

Polis Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən kitablarla bağlı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindəGürcüstan vətəndaşı Rizvan Həmidovun evinə baxış zamanı oradan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 159 ədəd kitab və 9 ədəd jurnal aşkar edilərək götürülmüşdür.

Rayonun Lökbatan qəsəbəsindəkeçirilən əməliyyat axtarışları nəticəsindəbir neçə sakinin evlərinə baxış zamanı oradan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 56 ədəd kitab aşkar edilərək götürülüb, – “Amerikanın səsi” məlumat verir.

Apa-nın yaydığı məlumata görə, evində axtarış aparılan şəxslərin nurçuluğu təbliğ edirmiş.

Araşdırma aparılır.

Bastainfo.com



This post has been seen 238 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: