Prokuror Suriyada döyüşənlərə ümumilikdə 83 il cəza istədi

Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Dövlət ittihamçısı çıxışında Elbrus Əzizov, İlahi Əzizov və Babək Şirinova 15 il, Rasim Bədəlova və Namiq Bədəlova 13 il, Elman Mirzəbəyova 8 il, Əfqan Şamxalova isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib, – Bizimyol.info məlumat verir.
Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib. Proses oktyabrın 31-də davam edəcək.
 .
Qeyd edək ki, təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində saxlanılıblar. Onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etmıkdə ittiham edilirlər.
 .
Bastainfo.com
%d bloqqer bunu bəyənir: