“Azərbaycan kleptokratiyası sivil dünyada demokratiyanı təhdid edir”

Amerika və avropalı analitiklər oktyabrın 20-də ABŞ-ın Hadson institutunda debatlar zamanı qlobal kleptokratiya mübarizə yollarını (bir ölkənin sərvətlərinin ailə və ya qrup tərəfindən ələ keçirilməsi) və çirkli pulların yuyulmasını müzakirə ediblər. 

Azadlıq Radiosu Turan İnformasiya Agentliyinə istinadən xəbər verir ki, çirkli nəğd pulların Azərbaycandan  qərb paytaxtlarına axınını dayandırmaq barədə məsələyə xüsusi toxunulub.  

Məruzədə bildirilir ki, kleptokratiya demokratiyalar üçün geniş qlobal təhlükəyə çevrilib. 

“Biz düşünürük ki, qloballaşma Qərbin xeyrinə işləyir. Amma əslində, o, kleptokratiya rejimləri tərəfindən fəal şəkildə istifadə edilir”. 

“Azərbaycan kimi bir kleptokratiya ölkəsinin bizim siyasi institutlara çıxışı olması və öz araqlarına lobbiçilik etməsi yaxşı haldırmı?”, – “Kleptokratiya lənəti: dərketmə, qarşısının alınması” adlı yeni hesabatın müəllifi britaniyalı jurnalist Ben Cuda sual edir. 

“Əgər biz kleptokratiyanın qarşısını almasaq, bizim demokratik təsisatlar əsir olacaq. Azərbaycan və Avropa Şurasına baxmaq kifayətdir “, – o əlavə edib.

Hesabatda o da deyilir ki, Azərbaycan Avropa Şurasına 2000-ci ildə o ümidlə qəbul edilirdi ki, üzvlük Azərbaycana öz siyasi mədəniyyətini transformasiya etməyə   kömək edəcək. Bunun əvəzində isə Avropa Şurası özü Azərbaycanın əksinə çevrildi. 

Kleptokratiyanın Avropa Şurasını  ram etməsi  Azərbaycanı tənqid etmək qabiliyyətini  iflic etməyib , lakin bu mötəbər qurumun rəsmi orqanları ilə manipulyasiya etməyə imkan verir, siyasi məhbusların varlığını inkar edirlər.  

Bakı AŞ tənqidlərindən əziyyət çəkmir,  hətta 2014-cü ildə orada sədrlik də etmişdir,  insan hüquqları üzrə Avropa məhkəməsinə rəhbərli etmiş və bir sıra beynəlxalq konfransları idarə etmişdir. 

“Parlament assambleyasının bir çox üzvləri orada insan haqları sahəsində nəzərdən keçirəcək  heç bir problemin olmaması ilə bağlı Bakının fikirləri ilə razı idi”, – hesabatda qeyd edilir.

ABŞ-nəzərə almalıdır  ki, çirkli pulların yuyulması dünyada epidemiya xarakteri alıb  və Amerikanın  xarici siyasətini sarsıdır,  inkişafı ləngidir, demokratiyanı  təhdid edir, Qərbin  “yumşaq güc” siyasətinə  zərər vurur. 

Diskussiya iştirakçıları ümumi fikir bildiriblər ki, ABŞ və Avropa qeyri-leqal sərvətlərin leqallaşdırılmasına imkan veilməməsi üçün qanunlar qəbul etməlidirlər. 

 

 

 

ABŞ-ın sabiq Dövlət katibi, devid-kramer2Makkeyn İnstitutunun direktoru Devid Kramer hesab edir ki, Azərbaycan insan hüquqlarını kobud şəkildə pozan, demokratiyaya problem yaradan, eyni zamanda Qərb paytaxtlarına yol tapan kleptokratik rejimlərə “gözəl örnəkdir”.

                                                                                 “Biz korrupsiyaya göz yummaqla əməkdaşlıq və təhlükəsizlik sahəsinə diqqəti artırdığa üstünlük verdiyimizi düşünürüksə, böyük səhvə yol veririk “- o, deyib.

Kleptokratiya və avtoritarizm “birgə addımlayır”  və nə qədər çox iyrənc xarakter alırsa o qədər də aqressivləşir.

“Güzgüyə baxaraq və qaydalarımızı təmizləmək üzərində iş aparmalıyıq”, – Kramer fikrini sona çatdırıb. 

 Heybət Əmrah, bastainfo.com

  


%d bloqqer bunu bəyənir: