Azərbaycanın Qərbə axan çirkli pulları Vaşinqtonda müzakirə olundu


Qərb ekspertləri hesab edir ki, Azərbaycan Avropa Şurasını çirkaba bulayıb 

Azərbaycandan çirkli pulların Qərbə axınını necə dayandıraq? Dünyanın ekspertləri bununla bağlı baş sındırır. 

Ötən həftə ABŞ-ın Hadson institutunda Amerika və avropalı analitiklər kleptokratiya problemlərini  – bir ölkənin sərvətlərinin ailə və ya qrup tərəfindən ələ keçirilməsi məsələsini müzakirə ediblər. Debatlarda çirkli pulların yuyulmasınının dünya iqtisadiyyatına zərəri də diqqət mərkəzində olub. 

Toplantıda çirkli nağd pulların Azərbaycandan  Qərb paytaxtlarına axınını necə dayandırmaq məsələsinə xüsusilə toxunulub, – Turan məlumat verir. 

Məruzədə bildirilir ki, kleptokratiya demokratiyalar üçün geniş qlobal təhlükəyə çevrilib:  “Biz düşünürük ki, qloballaşma Qərbin xeyrinə işləyir. Amma əslində, o, kleptokratiya rejimləri tərəfindən fəal şəkildə istifadə edilir”.

 Kleptokratiya  problemləri ilə bağlı hesabatın müəllifi, britaniyalı jurnalist Ben Cuda Azərbaycanın çirkli pullarının Qərbdə yuyulması ilə bağlı məsələ qaldırıb.

“Azərbaycan kimi bir kleptokratiya ölkəsinin bizim siyasi institutlara şıxışı olması və burada öz maraqlarınına lobbiçilik etməsi nə dərəcədə məqbuldur? Əgər biz kleptokratiyanın qarşısını almasaq, bizim demokratik təsisatlar əsir olacaq. Bunu anlamaq üçün Azərbaycanın Avropa Şurası ilə əlaqələrinə baxmaq kifayətdir “, -hesabat müəllifi deyib. 

Hesabatda deyilir ki, Azərbaycan Avropa Şurasına 2000-ci ildə qəbul olunanda, bu üzvlüyün  Azərbaycana öz siyasi mədəniyyətini dəyişməyə  kömək edəcəyi düşünülüb. Bunun əvəzinə, Avropa Şurası əks istiqamətdə dəyişib. 

“Avropa Şurasının Azərbaycanı tənqid etmək imkanı qalmaqdadır, lakin siyasi məhbusların varlığı, seçkilərin saxtalaşdırılması və ölkədəki monarxiya inkar edilir. Kleptokratiya bu qocaman təsisatın  rəsmi orqanlarını manipulyasiya edə bilir”, – hesabatda deyilir.

Bakı nəinki AŞ tərəfinin tənqidlərindən əziyyət çəkmir, əksinə hətta 2014-cü ildə orada sədrlik etmiş, insan hüquqları üzrə Avropa məhkəməsinin rəhbərliyini qəbul etmiş və bir sıra beynəlxalq konfransları idarə etmişdir. 

“Parlament assambleyasının bir çox üzvləri orada insan haqları sahəsində nəzərdən keçirəcək  heç bir problemin olmaması ilə bağlı Bakınınfikirlərini təsdiqləyirləyirlər”, – deyə hesabatda qeyd edilir.

 Дискуссия о борьбе с клептократией в Вашингтоне

ABŞ-nəzərə almalıdır  ki, çirkli pulların yuyulması dünyada epidemiya xarakteri alıb  və amerikanın  xarici siyasətini sarsıdır, inkişafı ləngidir, demokratiyanı təhdid edir, Qərbin  “yumşaq güc” siyasətinə zərər vurur. 

Diskussiya iştirakçıları bildiriblər ki, ABŞ və Avropa qeyri-leqal sərvətlərin leqallarşdırılmasına imkan veilməməsi üçün qanunlar qəbul edə bilər. 

ABŞ-ın sabiq Dövlət katibi köməkçisi, Hazırda Makkeyn institutunun direktoru Devid Kramer hesab edir ki, Azərbaycan insan hüquqları kobud şəkildə pozan və demokratiyaya  problem yaradan və eyni zamanda Qərb paytaxtlarına yol  tapan kleptokratik  rejimlərə “gözəl nümunə”dir. 

“Əgər biz korrupsiyaya göz yummaqla  əməkdaşlıq və təhlükəsizlik sahəsinə diqqəti artırdığımızı düşünürüksə, böyük səhvə yol veririk “- o  deyib.

Kleptokratiya və avtoritarizm “birgə addımlayır” və nə qədər çox iyrənc xarakter alırsa, o qədər də aqressivləşir. Qaydalarımızı  sahmana salmalıyıq, – Kramer bildirib. 

Heybət Əmrah, Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: