Kale miqrantları: “Cəngəllik” adlanan düşərgədə söküntü işləri başlanır

Fransa Kaledə yerləşən “Cəngəllik” adlı miqrant düşərgəsində təmizləmənin növbəti mərhələsini həyata keçirəcək. Düşərgədəki tikililər söküləcək.

Bazar ertəsi 2300-dən çox miqrant düşərgəni könüllü tərk edib. Onlar avtobuslarla Fransa boyunca qəbul məntəqələrinə aparılıblar.

İnsanların düşərgədən köçürülməsi çərşənbə axşamı da davam edəcək. Artıq yüzlərlə insan düşərgədən çıxmaq üçün növbəyə düzülüb.

“Cəngəllik” Avropa miqrant böhranının əsas rəmzinə çevrilmişdi. Düşərgədə 7000-8000 insan baxımsız şəraitdə yaşayıb və Britaniyaya getməyə çalışıblar.

İndiyə qədər təmizləmə əməliyyatı dinc şəraitdə həyata keçirilib. Lakin bəzi miqrantların düşərgəni tərk etməkdən imtina edəcəklərinə dair narahatlıq hökm sürür.

Düşərgədən xəbər verən BBC müxbiri Simon Jones bildirir ki, növbəti saatlar ərzində rəsmilər düşərgədə söküntü işlərinə başlayacaqlar.

Lakin indiki mərhələdə söküntü işləri əllə həyata keçiriləcək. Düşərgəyə buldozerlərin göndərilməsinin yanlış mesaja səbəb ola biləcəyindən ehtiyat edilir.

Auberge des Migrants xeyriyyə təşkilatından Christian Salome bildirib ki, təmizləmə işləri hələ ki normal həayat keçirilir, çünki indiyə qədər çıxarılanlar oranı tərk etmək istəyənlər olublar.

Lakin o əlavə edib: “Mən daha çox növbəti günlər üçün narahatam, oranı tərk etmək istəməyənlər hələ də İngiltərəyə çatmaq niyyətindədirlər”.


KaleImage copyrightAFP
Image captionBazar ertəsi miqrantlar Fransa boyunca qəbul məntəqələrinə göndəriliblər


MiqratlarImage copyrightAFP
Image captionMiqrantların göndərildiyi şəhərlərdən biri də cənub-şərqdə yerləşən Lyon şəhəridir

Belə bir narahatlıq da var ki, qalmaq niyyətində olanlar ətraf ərazilərdə düşərgə salaraq söküntülərdən sonra geri qayıdacaqlar.

Kaledə yalnız uşaqların qalmasına icazə veriləcək. Onlar söküntünün həyata keçirildiyi ərəfədə ev kimi istifadə olunan konteynerlərdə qalacaqlar.

Düşərgədən təxminən 200 uşaq Britaniyaya gətirilib. Onların bəziləri İmmiqrasiya Qanununa edilmiş dəyişikliklərə müvafiq olaraq köçürülür, Britaniya daxili işlər naziri Amber Rudd bildirib.

Dəyişikliklər xüsusən də həssas uşaqlara – qızlara və 13 yaşdan aşağı olanlara – Britaniyada qaçqın statusunun verilməsini nəzərdə tutur, hətta onların burada ailəsi yoxdursa belə.

Lakin düşərgədəki təxminən 1300 kimsəsiz uşaqdan bəzilərinin köçürülməsi bazar ertəsi Fransa tərəfinin istəyi ilə dayandırılıb.

Düşərgədəki çadır və digər tikililərin sökülməsi üç gün davam edə bilər. Ərazidə 1200-dən çox polis yerləşdirilib.

Fransa daxili işlər naziri bildirib ki, söküntü zamanı etirazlar baş qalıdırarsa “polis müdaxilə edə bilər”.

Müxbirlərin bildirdiyinə görə təmizləmə hökumətin düşərgə sakinlərinə mesajıdır ki, onların narahatlığı ciddi qəbul olunur.

Bu eyni zamanda orada qalmaq istəyənlərə bir mesajdır ki, Kaledə artıq düşərgə olmayacaq, müxbirlər hesab edir.(BBC)

 

Bastainfo.com 




This post has been seen 25 times.

3 thoughts on “Kale miqrantları: “Cəngəllik” adlanan düşərgədə söküntü işləri başlanır

  • 01.12.2016 at 01:49
    Permalink

    202503 732261Where else may just anyone get that kind of information in such a perfect way of writing? 507937

    Reply
  • 02.12.2016 at 07:39
    Permalink

    Does your blog have a contact page? I’m having trouble locating it but, I’d like to shoot you an e-mail. I’ve got some suggestions for your blog you might be interested in hearing. Either way, great site and I look forward to seeing it expand over time.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: