İsa Qəmbər Qiyas İbrahimin həbsindən yazdı

Qiyas İbrahim rejim tərəfindən cəzalandırıldı. Rejimin simvoluna azadlıq şüarı yazdığına görə əsil bolşevik riyakarlığı ilə narkotik alverində ittiham olundu və 10 illik həbs edildi.

Bu riyakarlıq və qəddarlıq 50 il əvvəl baş vermiş hadisəni xatırlatdı: 1957-ci ildə Cahid Hilaloğlu silahdaşları- o cümlədən Çingiz Abdullayevlə birgə böyük cəsarət və fədakarlıq göstərərək Qız Qalasının başına Cümhuriyyətimizin üç rəngli bayrağını yüksəltmişdilər. Və onlar da qəddar və riyakar sovet bolşevik rejimi tərəfindən oğurluqda (!?) ittiham edilərək 10 illik cəza almışdırlar.

Qarşımızda
yenə həmin bolşevik rejimidir: qəddar və riyakar…

Azərbaycan xalqının Hürriyyət və İstiqlal mübarizəsi davam edir!

 

Yazı İsa Qəmbərin feysbuk səhifəsindən götürülüb.

%d bloqqer bunu bəyənir: