Kürdlərin meri həbs olunub


«Aljazeera»«Fox News»BBC kimi tanınan media orqanları Türkiyədən xəbər verir.

Türkiyədə kürdlərin yaşadığı ən böyük şəhər Diyarbəkirin merləri həbs olunub. Yerli mətbuatın yazdığına görə, şəhər başçıları terrorçuluqla bağlı araşdırmanın bir hissəsi olaraq – dindirilmək üçün saxlanıblar.

İKİ MER SAXLANIB

Hökumətə yaxın «Anadolu» agentliyinin verdiyi məlumatda deyilir ki, Diyarbəkirin meri Gültan Kışanak dünən, oktyabrın 25-də şəhər hava limanında saxlanaraq polis idarəsinə aparılıb. Digər mer Fırat Anlı-nı terror əleyhinə polis xidmətinin işçiləri evindən aparıblar. Agentlik ölkədə qadağan olunmuş Kürd Fəhlə Partiyasına – PKK-ya qarşı araşdırmanın davam etdiyini bildirir, başqa detallar açıqlamır.

PKK-nın Türkiyədə apardığı mübarizə – terror aktları və münaqişələr nəticəsində 1984-cü ildən bu yana 40 minə qədər adam ölüb. Türkiyə prezidenti Recep Tayyip Erdoğan təşkilatla əlaqəsi olan bütün rəsmilərin məhkəməyə cəlb ediləcəyinə söz verib.

Gültan Kışanak Türkiyədə qanunla fəaliyyət göstərən kürd Xalq Demokratik Partiyasının (HDP) üzvüdür. Hökumət bu partiyanı PKK-nın siyasi qanadı kimi çalışmaqda günahlandırır. HDP ittihamları rədd edib.

Bekir Bozdağ

Bekir Bozdağ

Elə dünən Gültan Kışanak parlamentin ölkədə inqilab cəhdiylə bağlı araşdırma komitəsində ifadə veribmiş. Rəsmilər iyulda baş vermiş çevriliş cəhdində ölkədəki azlıqların da əli olduğunu bildirir, təmizləmə əməliyyatları zamanı kürdləri də cəzalandırırlar. BBC Türkiyənin kürd şəhərlərində sentyabrdan bəri 28 bələdiyyə işçisinin vəzifəsindən azad olunduğunu yazır.

BEKİR BOZDAĞ ABŞ-A GEDİB

«Fox News» yazır ki, bu gün, oktyabrın 26-da Türkiyə və ABŞ rəsmiləri çevriliş cəhdində günahlandırılan Fethullah Gülen-in ekstradisiyası məsələsini müzakirə edəcəklər. Türkiyənin ədliyyə naziri Bekir Bozdağ oktyabrın 24-də ABŞ-a yola düşüb. Hava limanında müsahibəsində o, Gülen-in təhvil verilməsi üçün ABŞ-a gərəkdiyindən çox dəlil göndərdiklərini söyləyib, «ekstradisiya ilə bağlı istənilən etiraz münasibətlərə təhlükə yaradar», – deyib. Ədliyyə nazirinin sözlərinə görə, Gülen-in Türkiyənin dostu və müttəfiqi sayılan ölkədə fəaliyyət göstərməsinə icazə verilməsi qəbuledilməzdir.

Bekir Bozdağ deyib ki, ««əl-Qaidə» lideri Osama bin Laden Birləşmiş Ştatlardan ötrü kim idisə, Fethullah Gülen də Türkiyə üçün elədir».

Fethullah Gülen bütün ittihamları rədd edir.

 

Bastainfo.com 



This post has been seen 1 times.

2 thoughts on “Kürdlərin meri həbs olunub

  • 01.12.2016 at 02:39
    Permalink

    281968 929047Wow, superb weblog layout! How long have you been blogging for? you make blogging appear effortless. The overall appear of your internet site is magnificent, as effectively as the content material! xrumer 758116

    Reply
  • 02.12.2016 at 15:44
    Permalink

    Hey I know this is off topic but I was wondering if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates. I’ve been looking for a plug-in like this for quite some time and was hoping maybe you would have some experience with something like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: