Messenger-də PayPal-la ödəmə dövrü başlayır

Facebook müştərilərin Messenger-dən alış-verişini asanlaşdırmaqdan ötrü yeni bir addım atıb.İndən belə Messenger-dən sifariş verən müştərilər ödəmə üsulu kimi PayPal-dan faydalana biləcəklər.PayPal ödəmə seçimindən yararlanmaq üçün istifadəçilər PayPal hesablarını Facebook hesablarına birləşdirməlidirlər.Müştərilər ödəmə etdikdə onlara bildiriş göndəriləcək. Bu yolla onlar hesablarını idarə edə biləcəklər.Xidmət əvvəlcə ABŞ-da yaşayan istifadəçilərə əlçatan olacaq. PayPal-la ödəmə seçiminin bu ilin sonuna qədər bütün istifadəçilər üçün aktivləşəcəyi gözlənilir, – Azadliq.org məlumat verir.

 

Bastainfo.com 



This post has been seen 92 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: