Qiyas İbrahimov: İşgəncə və təhqirlər bizi köləyə çevirmək üçün yetərli deyil

NİDA Hərəkatının üzvü, “Heykəl məhbusu” kimi tanınan Qiyas İbrahimovun məhkəmədə son sözü

“Ətraflı olsun deyə, yazılı şəkildə son söz hazırlamışdım, amma əlimdən aldılar. Mənə verilmiş ittiham üzrə özümü müdafiə etmək fikrim yoxdur. Əsl cinayət fəaliyyətim püskürtmə boyamın rəngi kimi ağdır. Əsl səbəbi insanı olduğum bu ölkənin, bu ölkədə mövcud olan siyasi sistemin yalanlarına və dərəbəyli zehniyyətinə yetəri qədər sivil şəkildə adi tələbə gənc olaraq etiraz etmiş olmağımdır. Heç bir yazılı qanunu pozmamışam. Hansı ki, yazılı qanunda etdiyim əməl cinayət hesab olunmur. Pozduğum sistemin yazılmamış qanunudur. Hansı ki, sistem bu yazılmamış qanunlarıyla ayaqda qalmağa, ədalətsizliyi ədalət, köləliyi azadlıq kimi göstərmək üçün istifadə edir. Dövlətin yazılı qanunları olan, kağızda əksini tapmış qanunları pozmaqla cəzasız qalmaq mümkündür.Yetər ki, sistemin mövcudluğunda hansısa rol oynayasan. Yaxud bu rol oynayanlardan kimlərisə, yaxud kimisə satın almaq iqtidarında, gücündə olasan. Belə olan halda yazılı qanunları pozub cəzasız qala bilərsən, ancaq bu sistemin yazılmamış qanunlarını pozanda cəzasız qalmaq mümkün deyil. Sistemin yazılmamış qanunlarını pozmusansa. Ki, bunlar hamıya məlum olduğu kimi bir jurnalistin doğruları, həqiqətləri yazıb göstərməyi, bir siyasətçinin müxalif mövqeyi, bir bloqqerin internetdə öz fikirlərini yazmağı, bir aktivistin dinc etirazı, bir ölkə vətəndaşının öz haqqını tələb etməyidir. Qısası vicdanına qulaq asan dilinin olmağıdır. Vicdanlı olursunuzsa, siz artıq sistemin yazılmamış qanununu pozursunuz və sizin artıq cəzadan qurtulmaq şansınız yoxdur. Mən də bu gün həmin qanunu pozmuşam və özüməqədərki bu vəziyyətdə olanların sırasına qoşulmuşam. Ancaq bu yazılmamış qanunları pozanda bu sistem bizi yazılı qanunları pozmaqla ittiham eləyir, cinayətlə şərləyir və həmin qanunlarda nəzərdə tutulan cəzaları verir. Bu da hamıya məlumdur. Bunu eləməklə öz yazılmamış qanunlarını kağıza köçürməyə guya utanırlar. Ancaq hər il bu utancaqlıq daha da azalır. Yəqin növbəti intervalda bu utancaqlıq, ümumiyyətlə, qalmayacaq və elə insanları kölə olmaq istəmədikləri üçün birbaşa ittiham edib cəzalandıracaqlar. Əslində, bu, bizim üçün yaxşı olardı. Yəni vicdan məhbusları, doğrunu istəyən insanlar üçün yaxşı olardı. Çünki belədə cibimizə, evimizə qoyulan narkotik, “molotov kokteyli”nin, silah-sursatın bizim olmadığını sübut eləməyə, danışmağa əziyyət çəkmərik. İğtişaş törətmək yox, sadəcə söz demək istədiyimizi sübut eləməyə əziyyət çəkmərik. Kiminsə kök saldığı kreslodan yıxıb, o kresloda özümüzün kök salmaq istədiyimizi yox, sadəcə həmin kresloda oturanın vaxtı gələndə getməli olduğunu istədiyimizi açıqlamağa əziyyət çəkmərik. Birbaşa nə etmişiksə, onunla da ittiham olunardıq. Yəni totalitar bir sistemin vətəndaşı olarıq. Bilmirəm, bu olacaq, ya olmayacaq, mən hər halda bunun olmamalı olduğuna inananlardan biriyəm, ona görə də bu gün vicdan məhbusu kimi burda hökm verməyiniz üçün sizin dırnaqarası ədalət məhkəmənizə çıxarılmışam. Sistemin qanunlarından birini pozub, vicdanlı insan olaraq hansısa şəkildə etiraz eləməyim bu etirazımı heykələ şüar yazaraq çatdırmağım, bildirməyim, sistemin öz yalanlarını doğru kimi qəbul etdirmək üçün yaratdığı pərəstiş kultunun simvolunda yazı yazaraq etiraz eləməyim, bəziləri tərəfindən guya mənim, Bayramın həyatda olmayan şəxsin xatirəsini təhqir olunması kimi qələmə verilib. Hərçənd ki, bu, belə olsa da, olmasa da, biz heykələ yazıb etiraz etməsək və yaxud başqa şəkildə bizdən əvvəlki insanların timsalında gördüyümüz kimi bura çıxarılacaq vəziyyətdəyik. Yəni demək istədiyim odur ki, bunun bizim həyatda olmayan birinin xatirəsini təhqir eləyib hay-küy qaldırmağı və bizə verəcəyiniz cəzanın buna görə bir qədər də artırmağı ki, bunun heç bir əhəmiyyəti yoxdur. Bu, sadəcə başının içində beyin yerinə pambıq gəzdirənlərin deyib danışa biləcəyi bir şeydir. Çünki indiki halda bu mövcud vəziyyətdə sistemin simvoluna, həmin heykələ şüar yazıb etiraz bildirməklə biz onu kiminsə şəxsinə ucaldılmış abidə kimi yox, bu sistemin böyük qardaşa göstərdiyi sevgi olaraq təzim elətdirilən bir pərəstiş kultu, simvolu kimi görmüşük. Ona görə ona şüar yazıb, sistemə bu cür etiraz eləmişik. Yoxsa kiminsə xatirəsinə ucaldılmış abidə kimi yox. Bir daha təkrar edirəm ki, bu cür yəni kiminsə guya xatirəsini təhqir elədiyimizi söyləyib, “heykələ niyə yazırdınız, gedib öz babanızın qəbir daşına yazaydınız” demək sadəcə gülüncdür. Bayaq dediyim kimi, başının içində beyindən başqa nə desəniz daşıyan biriləri ancaq bunu deyə bilər. Təcridxana rəisi də belə adamlardan biri idi. Mənə deyirdi ki, bunu elədiyinə görə xalq səni linç eləyər. Bilmirəm, bu dediyinə nə qədər inanır, nə qədər yox. Yoxsa xalq deyəndə polis idarəsindəki bir dəstə quldurumu nəzərdə tutur, deyə bilmərəm. Amma xalq bizi, doğrudan da, linç edərdisə, rəisin sözündən belə çıxır ki, bu sistemin bir ünsürü kimi biz ona və polis idarəsinə, polislərə təşəkkür eləməliyik. Təşəkkür eləməliyik ki, nə yaxşı siz bizi tutmusunuz, yoxsa xalq bizi linç eləyərdi buna görə. Bu, çox klişe bir ifadəni xatırladır mənə: “Nə yaxşı ki, siz bizi döyürsünüz, nə yaxşı ki, siz az yeyirsiniz, başqaları gəlib bizi çox döyərdi, başqaları gəlib çox yeyərdi”. Rəisin dedikləri də bu şeylərin analoqudur. Bundan başqa, narkotik ittihamı ilə özümü müdafiə etməyəcəm, ən başda da dediyim kimi. Özü alçaqlığın hansısa bir pilləsində qərar tutmuş polis idarəsinin rəisi guya bizə mənəvi işgəncə vermək üçün, ya da alçaltmaq üçün yeri süpürtdürürdü, təmizlik işləri eləməyə məcbur elətdirirdi. Bu aciz məxluq başa düşmür ki, biz onun əmri ilə məcbur olub yeri təmizləməklə özümüzü alçalmış hiss eləmərik. Biz həbsxanaya girməyi gözə alanlarıq. Bundan qorxmayanlar olaraq özümüzü onda alçalmış hiss edirik ki, yalan maşınının dili ilə desək, Avropanın inkişaf eləmiş şəhərlərindən, paytaxtlarından olan şəhərin küçələrini ac qalmamaq üçün qarşılıqla yaşlı qadınların süpürdüyünü görürük. Biz onda özümüzü alçalmış hiss edirik ki, oturduğu kresloda kök salan və bizim kimi adi tələbələrə – fərqi yoxdur, etirazçı və nə olmasından asılı olmayaraq- “qabağımda diz çökməlisiniz”, “mən şaham, qanun da mənəm” deyən xəstə zehniyyətli Mirqafarlar və onun kimi xəstə zehniyyətlilər, iyerarxiyada qərar tutanların əmri ilə sistemin qurduğu kölələri, quldurları meydanlarda orduda oğlunu, övladını itirən anaları sürüyürlər. Onların səsini çatdırmağa çalışan insanları sürüyürlər. Biz bunu görəndə özümüzü alçalmış hiss edirik. Mirqafar kimilərin qabağında diz çökəndə özümüzü alçalmış hiss eləmirik. Özümüzü onda alçalmış hiss edirik ki, bu cür zehniyyət sahiblərinin əmrləri ilə hərəkət eləyən muzdlu quldurlar…”

Hakim: – Sən ittihama qayıt, ittihama.

Qiyas: – Xeyr, mən ittihama qayıtmayacam. Bu, mənim söz haqqımdır. Mən özüm bilərəm, cənab hakim, nə deyirəm. Mən başda sizə dedim, mən özümü narkotik ittihamı ilə müdafiə etməyəcəm. Mən danışmaya da bilərəm, mahnı da oxuya bilərəm.

Hakim: – Hə, oxuya bilərsən oxu.

Qiyas: – Çox sağ olun, icazə verin tamamlayım.
Dediyim kimi, onda özümüzü alçalmış hiss edirik ki, bu cür xəstə zehniyyətin iyerarxiyasında yer tutanların əmri ilə hərəkət eləyən muzdlu kölələrin, muzdlu qatillərin, sistemin yalan maşınının dediklərinin tam əksinə olaraq ölkənin səfalət güzgülərindən biri olan Nardarana girib orda haqlarını istədilər deyə, sadəcə səslərini qaldırdılar deyə, söz dedilər deyə öz insanlarını vəhşicə öldürmələri, qalanlarını da eynən bizim kimi etmədikləri cinayətlə şərləyib həbsxanalara doldurduqlarını görəndə…

Hakim: – Nardaran sənə aid deyil.

Qiyas: Xeyr, bu ölkədə baş verən hər şey mənə aiddir, mən ona görə burdayam.

Hakim: – Sənə aid olan ittihamla danış, qanunla o deyil.

Qiyas: – Bu ölkədə qanun olsaydı, mən burda olmazdım.

Hakim: – Bəs harda olardın?

Qiyas: – Tarix göstərəcək harda olacam.
Nardarana girən muzdlu quldurların, zəncirli kölələrin heyvan cüssəsi qarşılığında Vətəni qorusunlar deyə səngərə tökülən uşaqların, hələ də körpə simalarını itirməmiş ana quzuları olduğunu, ana övladları olduğunu görürük. Bizi alçaldan budur. Bunun əvəzində isə belə heyvan cüssəlilər öz insanlarını işgəncə verib öldürürlər.

Hakim – Oğul, mahiyyətə qayıt.

Qiyas: Həbsimin mahiyyəti budur, cənab hakim.

Hakim: Yaxşı, son sözün nədir hakimə?

Qiyas: Son sözümü bitirmək üzrəyəm, icazə versəniz, əlbəttə ki.

Bayram Məmmədov, mən və məndən sonra şərlənərək həbs olunan insanlar… Burda olan mən bütün bunları görüb yaşadığımız öz ölkəmizdə bizi öz köləsinə, quluna çevirməyə çalışdığını başa düşəndə, bunun bizi alçaltdığını başa düşəndə, həbsdən qorxmayan, doğruları deməyə çəkinməyən insanların yanında olmaq, onlar kimi doğruların yanında olmaq vacib gəldiyini anlamışam. Bunu anladığımıza görə də o insanlardan biri olmağa çalışdığımız üçün heyflənmirik. Bir neçə il əvvəl də bizim kimi gənc insanlar – aralarında qadın və yaşlı olanlar da var idi – eynən bizim kimi doğruların yanında olduqlarına görə, düzünü dediklərinə görə, haqları olan şəkildə etiraz elədiklərinə görə eynən bugünkü kimi, eynən 10 may 2016-cı ildəki kimi, Bayram Məmmədova və mənə qarşı edilən kimi şərlənib, etmədikləri cinayətə görə həbsxanalara salınıblar. Sistem bununla doğru olanı, haqqı olanı darmadağın edə biləcəyini, öz yalanları ilə ayaqda qala biləcəyini fikirləşirdi. Amma gördüyünüz kimi, sizin də, hamının da gördüyü kimi, bu insanların həbsxanaya doldurulması, cəzalandırılması sistemin aləmində heç də hamıya göz dağı olmadı. Mənə, Bayrama gözdağı olmadı. Və ona görə də bu gün mən burdayam. Və gözdağı ola da bilməz. Ümumiyyətlə, həbsimiz gözdağı olmayacaq, əlbəttə ki, vicdanlı insanlar olduqca, onların yanında insanlar olduqca, bu cür əhəmiyyətsiz, bu cür cəzalar heç kimi qorxuda bilməz. Mənə təcridxanada hədə-qorxu gəlirlər ki, özümü dərin quyuya salmışam. Bəli, elədir, mən də Bayram Məmmədov da, bizdən əvvəlkilər də özümüzü quyuya salmışıq. Bunu bilirik. Ona görə salmışıq ki, bu quyunun suyunu tapıb çıxardaq və onun suyu bütün bu çirkabları, bütün bu iyrənclikləri yuyub aparsın. Bəlkə də bu quyunun suyu bizi boğa bilər, fərqi yoxdur, amma bu çirkabların təmizlənəcəyinə inandığımız üçün biz özümüzü bu quyuya salmışıq. Və buna görə də burdayıq və buna görə də sizdən bəraət dilənmirik. Olmayacağını bilə-bilə də dilənmirik. Məndən əvvəlki etmədikləri cinayətlərə görə şərlənən bu gün də həbsdə olan və həbs cəzasını çəkib çıxan insanlar, vicdan məhbusları bu qapılardan girəndə ümidlərini bayırda qoyub giriblər. Çünki məsələnin mahiyyəti onlara çox aydındır, mən də eynən onlar kimi bu qapıdan girəndə ədalətə olan ümidlərimi bayırda qoyub girmişəm. Eynən Dantenin “İlahi komediya”sında cəhənnəmə girənlərdən tələb olunduğu kimi. Ancaq nə bu məhkəmə, nə həbsxanalar bizim üçün cəhənnəm deyil, ola da bilməz. Sistemin düşüncəsizliyinə rəğmən ola da bilməz. İstər bu məhkəmə, istər həbsxanalar bizim kimi insalar üçün, mənim üçün, yaxud digərləri üçün, doğruların yanında olan insanların, bunları deməyə çəkinməyən insanların müvəqqəti olaraq müəyyən çətinlik çəkdiyi bir istirahət yeridir. Bu çətinliyi çəkməkdən qorxmuruq. Biz də çəkəcəyik, haqqımızda verdiyiniz hökmün kağız üstündə ağırlığından asılı olmayaraq bundan çəkinmirik. Və hətta deyərdim ki, bu cür insanların olduğu yerə, bu cür yaxşı insanların, doğrunu deyən insanların azadlıqlarından məhrum olub, salındığı yerlərə hətta sevə-sevə gedirik. Çünki bu inamımız doğruya olan inamdır, həqiqətə olan inamdır, azadlığa olan inamdır. Və bu inamımızın tapıb çıxardığı təmiz su bütün bu çirkabları tarixin zibilliyinə qarışdıracağına inanırıq. Və anam burda ifadə verərkən dedi ki, o fəryad edir bir övladı üçün. Əlbəttə, o anadır və digər vicdan məhbuslarının anaları elə deyə bilərlər. Amma demək istəyirəm ki, övladlarının doğruların yanında olanlar olduğunu bilərək heç də fəryad eləməsinlər. Heç də olmayan ədalətdən bəraət istəməsinlər. Əksinə, çox rahat və şən olsunlar deyərdim. Odur ki, haqqımda hökm verərkən bu dediklərimi də nəzərə alacağınızı, bu son sözümü də nəzərə alacağınızı yaxşı bilirəm. Elə bunun üçün də dedim. Odur ki, cənab hakim, haqqımda qərar verəndə öz insiyativinizi, öz təşəbbüsünüzü irəli sürün. Hətta deyərdim ki, yəqin cənab ittihamçı bir neçə gün əvvəl mənə 9 il iş istədiyi üçün çox peşman olub. Yəqin maksimum cəza olan 12 ili istəyərdi. Onun peşmanlığına görə mən burda müəyyən qədər şənlənirəm. Qısası, cənab hakim, haqqımda qərar verəndə çəkinməyin. Biz doğrulara inanırıq, buna görə də həbsxanalar, işgəncələr, təhqirlər və s. bunun kimi əhəmiyyətsiz şeylər bizim kimiləri kölə və qula çevirməyə yetərli deyil. Çox sağ olun!

 

 

Bastainfo.com 



This post has been seen 36 times.

46 thoughts on “Qiyas İbrahimov: İşgəncə və təhqirlər bizi köləyə çevirmək üçün yetərli deyil

  • 31.10.2016 at 07:45
    Permalink

    I just want to tell you that I am beginner to blogging and site-building and honestly savored this web-site. Almost certainly I’m likely to bookmark your site . You certainly come with beneficial well written articles. Appreciate it for sharing your web-site.

    Reply
  • 06.11.2016 at 09:32
    Permalink

    Very efficiently written information. It will be supportive to everyone who utilizes it, including me. Keep doing what you are doing – can’r wait to read more posts.

    Reply
  • 07.11.2016 at 11:41
    Permalink

    I will right away seize your rss as I can not in finding your e-mail subscription hyperlink or e-newsletter service. Do you’ve any? Please permit me know in order that I may subscribe. Thanks.

    Reply
  • 08.11.2016 at 06:18
    Permalink

    I haven’t checked in here for a while as I thought it was getting boring, but the last few posts are good quality so I guess I’ll add you back to my everyday bloglist. You deserve it my friend 🙂

    Reply
  • 10.11.2016 at 08:36
    Permalink

    I like this website very much, Its a really nice berth to read and receive information. “There’s nothing I’m afraid of like scared people.” by Robert Frost.

    Reply
  • 10.11.2016 at 21:03
    Permalink

    Wow, amazing blog structure! How lengthy have you ever been blogging for? you made blogging glance easy. The total look of your website is wonderful, as well as the content!

    Reply
  • 11.11.2016 at 13:36
    Permalink

    you are truly a just right webmaster. The site loading pace is amazing. It kind of feels that you are doing any unique trick. Moreover, The contents are masterpiece. you’ve done a fantastic job in this subject!

    Reply
  • 14.11.2016 at 06:25
    Permalink

    naturally like your web-site however you need to check the spelling on several of your posts. A number of them are rife with spelling issues and I to find it very bothersome to tell the reality then again I will definitely come again again.

    Reply
  • 15.11.2016 at 06:48
    Permalink

    I just couldn’t leave your site prior to suggesting that I actually enjoyed the standard information an individual provide to your guests? Is gonna be back regularly to check out new posts

    Reply
  • 15.11.2016 at 08:01
    Permalink

    I loved as much as you will receive carried out right here. The sketch is tasteful, your authored material stylish. nonetheless, you command get got an nervousness over that you wish be delivering the following. unwell unquestionably come more formerly again since exactly the same nearly very often inside case you shield this increase.

    Reply
  • 15.11.2016 at 19:09
    Permalink

    whoah this blog is excellent i really like reading your articles. Stay up the good paintings! You already know, many individuals are hunting round for this information, you could help them greatly.

    Reply
  • 17.11.2016 at 08:47
    Permalink

    Thank you for the good writeup. It in fact was a amusement account it. Look advanced to more added agreeable from you! However, how could we communicate?

    Reply
  • 17.11.2016 at 09:58
    Permalink

    Pretty section of content. I just stumbled upon your website and in accession capital to assert that I get in fact enjoyed account your blog posts. Anyway I’ll be subscribing to your augment and even I achievement you access consistently rapidly.

    Reply
  • 17.11.2016 at 10:59
    Permalink

    Hello, Neat post. There is an issue along with your site in web explorer, could check this… IE still is the market leader and a big component of other people will pass over your wonderful writing because of this problem.

    Reply
  • 17.11.2016 at 17:52
    Permalink

    It was any enjoyment discovering your internet site the other day. We arrived the following these days looking new things. I was not necessarily frustrated. Your ideas following fresh strategies about this point have been beneficial plus an outstanding assist with individually. We value You taking away time for you to write out these products and then for uncovering your suggestions.

    Reply
  • 18.11.2016 at 11:06
    Permalink

    I’m just writing to make you know what a perfect discovery our child went through studying your webblog. She picked up such a lot of issues, including how it is like to possess an amazing teaching mindset to let the rest just know just exactly some grueling subject matter. You undoubtedly exceeded our expected results. I appreciate you for providing such priceless, safe, educational and even fun guidance on that topic to Kate.

    Reply
  • 18.11.2016 at 14:31
    Permalink

    It is in reality a nice and useful piece of info. I¡¦m glad that you simply shared this helpful information with us. Please keep us informed like this. Thank you for sharing.

    Reply
  • 18.11.2016 at 23:27
    Permalink

    Fantastic beat ! I wish to apprentice while you amend your web site, how can i subscribe for a blog website? The account aided me a acceptable deal. I had been a little bit acquainted of this your broadcast provided bright clear idea

    Reply
  • 19.11.2016 at 18:20
    Permalink

    I do believe all of the tips you might have presented for your post. They’re extremely convincing and can undoubtedly work. Nonetheless, the posts are really quick for novices. Could you please lengthen them a bit from next time? Thank you for the post.

    Reply
  • 22.11.2016 at 19:43
    Permalink

    Admiring the time and effort you put into your website and in depth information you present. It is excellent to come across a weblog every once in a even though that isn’t the same old rehashed info. Fantastic read! I’ve bookmarked your web site and I’m adding your RSS feeds to my Google account.

    Reply
  • 24.11.2016 at 13:56
    Permalink

    We’re a group of volunteers and starting a new scheme in our community. Your website offered us with valuable info to work on. You have done an impressive job and our entire community will be thankful to you.

    Reply
  • Pingback: URL

  • 25.11.2016 at 10:43
    Permalink

    701066 754647Spot on with this write-up, I truly assume this web site needs a lot much more consideration. Ill probably be once much more to read far much more, thanks for that info. 161056

    Reply
  • 25.11.2016 at 11:54
    Permalink

    Thanks a lot for giving everyone a very special chance to read critical reviews from here. It is always so pleasurable plus jam-packed with fun for me and my office mates to visit your website no less than three times every week to learn the latest items you have. And lastly, I am at all times motivated with your exceptional strategies served by you. Certain 1 points in this post are unequivocally the finest we have ever had.

    Reply
  • Pingback: attorney

  • 29.11.2016 at 16:53
    Permalink

    Chaga mushroom dinner may have been taught a lot of globally by indicates of Euro contributor Alexandr Solzhenitsyn michael’s narrative ‘Cancer Ward’ exactly exactly where the large person could alleviated linked with types of cancer among support from this specific coffee. Chaga Mushroom

    Reply
  • 30.11.2016 at 11:18
    Permalink

    Hiya very nice web site!! Man .. Excellent .. Superb .. I will bookmark your site and take the feeds also…I am satisfied to search out so many helpful info here within the publish, we need work out extra techniques on this regard, thanks for sharing.

    Reply
  • Pingback: long steroid cycles

  • 01.12.2016 at 09:37
    Permalink

    Thank you for sharing superb informations. Your site is so cool. I’m impressed by the details that you’ve on this website. It reveals how nicely you perceive this subject. Bookmarked this website page, will come back for more articles. You, my pal, ROCK! I found simply the information I already searched everywhere and just could not come across. What a perfect site.

    Reply
  • 02.12.2016 at 07:18
    Permalink

    I’m not sure where you’re getting your info, but good topic. I needs to spend some time learning more or understanding more. Thanks for fantastic info I was looking for this information for my mission.

    Reply
  • 03.12.2016 at 11:08
    Permalink

    Hi, i think that i noticed you visited my site thus i came to go back the prefer?.I’m attempting to in finding things to improve my web site!I suppose its ok to use a few of your ideas!!|

    Reply
  • 03.12.2016 at 15:15
    Permalink

    Hi there, just became alert to your blog through Google, and identified that it’s truly informative. I’m going to watch out for brussels. I’ll appreciate should you continue this in future. Many people will probably be benefited from your writing. Cheers!

    Reply
  • 07.12.2016 at 15:48
    Permalink

    I’ve been browsing online greater than 3 hours as of late, yet I by no means discovered any fascinating article like yours. It is beautiful worth enough for me. In my view, if all site owners and bloggers made excellent content as you did, the web will be much more helpful than ever before.|

    Reply
  • Pingback: Denver Uber

  • 10.12.2016 at 09:17
    Permalink

    You can definitely see your enthusiasm within the work you write. The sector hopes for even more passionate writers like you who are not afraid to say how they believe. Always go after your heart. “If you feel yourself falling, let go and glide.” by Steffen Francisco.

    Reply
  • 10.12.2016 at 17:50
    Permalink

    This really is so good to see. We have do more things like this for the military families. They’re protecting us and we need to have to support them in this way.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: