“The Social Progress Imperative” ölkələrin 2016-cı il üçün tərəqqi indeksini açıqladı

"The Social Progress Imperative” 2016-cı il üçün ölkələrin sosial tərəqqi göstəriciləri barədə müxtəlif kriteriyalar üzrə araşdırma apararaq geniş hesabat hazırlamışdır. Azərbaycan sosial tərəqqi göstəricilərinə görə 77 ci pillədə qərarlaşmışdır.

 “The Social Progress Imperative” ABŞ-da qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçib. Təşkilat, adları hesabatda qeyd olunan, yüzlərlə fiziki şəxslər və təşkilatların dəstəyi ilə 2016-cı il üçün ölkələrin sosial tərəqqi göstəricilərini hazırlamışdır. 

Hesabatda qeyd olunur ki, iqtisadi artım son yarım əsr ərzində yüz milyonlarla insanın həyatını yaxşılaşmışdır. Həmçinin bildirilir ki, inkişaf modeli yalnız artıma
əsaslanarsa, iqtisadi tərəqqi tam olmayacaq. Tərəqqi üçün tək iqtisadi artım kifayət deyil. Cəmiyyətdə insanların əsas ehtiyacları ödənməli, həyat keyfiyyəti yaxşılaşdırılmalı,ətraf mühit qorunmalı vətəndaşların zəruri təchizatına imkan verilməlidirİnsanların iqtisadi inkişaf anlayışını genişləndirmək lazımdır ki, cəmiyyətdə uğur əldə olunsun. Daxil artım iqtisadi və sosial tərəqqiyə əsaslanmalıdır.

Sosial Tərəqqi Indeksi sağlam
və hərtərəfli
bacarıqlara malik insanların ehtiyacını qarşılamaq məqsədi
daşıyır
. Bu həm də biznes və vətəndaş cəmiyyətini inkişaf etdirmək, tərəqqini sürətləndirmək üçün liderlər tərəfindən istifadə edilə bilən sosial və ekoloji performansdır.

“Sosial Tərəqqi Indeksi ÜDM-in və sosial inkşafın ölçülməsi üçün ilk  müstəqil sənəddir”, – hesabatda vurğulanır.

Sosial Tərəqqi Indeksi dörd əsas prinsiplər əssında hazırlanıb:

1. Sosial və ekoloji göstəricilər: 

2. İnsanın yaşam ttərzinə müsbət təsir edəcək əldə olunan nəticələr 

3. Vahid ictinai mövqenin yaranması

4. Biznes və vətəndaş cəmiyyətini idarə edəcək proqramların həyata keçirilməsi üçün sürətli sosial tərəqqinin həyata keçirilməsi.

 Maykl Qrinin iştirakı ilə Maykl E Porter və Skott Sternin hazırladığı geniş hesabatda 2016-cı il Sosial Tərəqqi Indeksinə dünya əhalisinin 94 faizini əhatə edən 133 ölkə daxildir. Əlavə 27 ölkə üçün 12 komponent üzrə 11 nəticə daxil edilir. Bu isə sənədin dünya əhalisinin ümumilikdə 99 % əhatə etməsi deməkdir.

Dünya dövlətlərinin sosial tərəqqi indeksi və komponentlərinin qiymətləndirilməsi aşağıdakı qrafik üzrə həyata keçirilmişdir: 

Sənəddə, həmçinin gənclərin sosial probleminə toxunulub. Qeyd olunur ki, əgər dünyanı  üç yaş qruplarına  bölsək, görərik ki, gənclər qrupunda daha çox sosial tərəqqi boşluğu müşayət olunur. Gənclər, daha yaşlı nəslə nisbətdə daha aşağı sosial inkişafa nail olublar. Sosial inkişafı zəif olan ölkələrdə gənclərin problemi daha çoxdur. Bu ölkələrdə normal içməli su, sanitar qovşaq problemləri yaşanır, təhsilin, tibbin səviyyəsi çox aşağıdır, tolerantlıq problemi yaşanmaqdadır. Araşdırmalar nəticəsində hesabat müəllifləri bu qənaətə gəliblər ki, bu ölkələrdə gənclərin inkişaf prioriteti müəyyən olunması istiqamətində çalışmalara cəlb olunmasına ehtiyac duyulur.

 2016-cı il üçün sosial tərəqqi indeksi ən yüksək göstəricidən başlayaraq 133 ölkəni əhqatə edir. Bastainfo  “The Social Progress Imperative”-in hazırladığı SOCIAL PROGRESS INDEX 2016 nəticələrini oxucularına təqdim edir:

/wp-content/uploads/index2.pdf 

 

Qeyd edək ki, Azərbaycan sosial inkişaf göstəricilərinə görə 133 ölkə arasında Monqolustan, Qırğızıstan,Nikaraqua, Venesuella kimi ölkələri qabaqlayaraq 77 ci pillədə qərarlaşıb. Ermənistan 67, Gürcüstan isə inkişaf göstəricilərinə görə 54-cü pillədə yer alıblar. 

bastainfo.com 

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: