Masallıda 100-dən çox ev su altında qalıb

Masallı rayonunda yüzdən çox ev su altında qalıb

Bu barədə AzVision.az-a Masallı rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı bildirib.

İcr rəsmisinin sözlərinə görə, hazırda dəyən ziyanın aradan qaldırılması üçün rayon Fövqəladə Hallar Komissiyası tərəfindən araşdırma aparılır: 

“Cəlilabad rayonunda yerləşən su anbarı həddindən çox yüklənmişdi. Nəticədə su anbarı daşıb və su Masallı rayonundakı kəndləri basıb. 50-dən çox insan təxliyyə olunub. Fərdi təsərrüfatlara ciddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb”

 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: