Şahidlər: Biz Bağırzadəyə təzyiq altında böhtan atmışıq

Çərşənbə günü “Nardaran işi” üzrə məhkəmədə şahid çıxışları davam edib. Nardaran sakini Gəncəli Abbasov bildirib ki, oxuma-yazma bilmir və nəyi imzaladığını bilmirdi.

Vəkil Yalçın İmanov onun Taleh Bağırzadəyə qarşı ifadələrini oxuduqda şahid belə bir şey demədiyini bildirib, – “Turan” məlumat verir.

Digər şahid Samir Babayev deyib ki, DİN-in Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə Baş İdarəsində Bağırzadənin Azərbaycanda islam dövləti qurmağa hazırlaşdığı barədə ifadələri təzyiq altında verib. Yalnız bundan sonra onu buraxıblar.

Bağırzadə özü isə tərəfdarlarının Azərbaycanda islam dövləti qurmaq məqsədi güdmədiyini bildirib. “Azərbaycanda islam dövləti qurmaq mümkün deyil. Onlar düşünürlər ki, bizim mübarizəmiz dini xarakter daşıyır. Amma biz özbaşınalığa və bu hökumətin ədalətsizliyinə qarşı mübarizə aparırıq”, deyə Bağırzadə bildirib.

İlqar Atakişiyev deyib ki, MCMBİ-yə sosial şəbəkədə AXCP-nin müttəhim sədr müavini Fuad Qəhrəmanlının statusunu bəyəndiyinə görə çağırılıb.

Şahid bildirib ki, tez bir zamanda “xilas olmaq” və MCMBİ-dən getmək üçün bu ifadələri imzalamağa məcbur olub.

Məhkəmə oktyabrın 28-də davam edəcək.

2015-ci il noyabrın 26-da Nardaranda xüsusi əməliyyat zamanı atışma nəticəsində ikisi polis olmaqla 6 nəfər həlak olub. Bu iş üzrə ümumilikdə 70-ə yaxın insan, əsasən “Müsəlman Birliyi” hərəkatının üzvləri və tərəfdarları məsuliyyətə cəlb olunub. Onlar CM-in bir sıra maddələri ilə – konstitusiya dövlət quruluşunu zorla dəyişdirməyə cəhddə, mütəşəkkil silahlı cinayətkar qrup yaratmaqda və s. ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə təqsirləndirilən 18 nəfərlə bağlı proses gedir. Onlar arasında AXCP sədr müavini Fuad Qəhrəmanlı da var, o, dövlət əleyhinə çağırışlarda, dini ədavət salmaqda, kütləvi iğtişaşlara çağırışda ittiham olunur. Əslində isə Qəhrəmanlı öz facebook səhifəsində nardaranlılara öz hüquqlarını müdafiə etmək çağırışı edib. 

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: