Bakıdan Türkiyəyə gedən avtobuslarda terrorçu axtarışı – ƏMƏLİYYAT

Bir nəfərin həbs olunduğu bildirilir, sərnişin avtobusları 3-cü sutkadır sərhəddə saxlanılır

Azərbaycandan Türkiyəyə gedən sərnişin avtobusları artıq 3-cü sutkadır ki sərhəddə saxlanılıb. Bu haqda “Basta”ya sərnişinlərdən biri Mətanət İsmayıl məlumat verib. Buna səbəb kimi antiterror əməliyyatı göstərilir. Mənbənin göndərdiyi fotodan görünür ki, sərhəddə dayanan avtobusların uzun karvanı yaranıb.

“Bura Türkiyənin Gürcüstanla olan sərhəddidir. Avtobuslar 3-cü gündür ki, burda qalıblar ve Türkiyəyə  keçe bilmirlər. Türkiye gömrüyü izin vermir, səbəb isə avtobuslarda gedən yolçuların arasınad bombalı terroçunun olmasıdır. Türk gömrüyü kontrol ederken bilibler”. 

Sərnişinlərə deyilib ki, bir terrorçu Bakıdan avtobus çıxandan az sonra qara maskalı polislər tərəfindən həbs olunub. 

“İndi bura həm Bakıdan, həm də Türkiyədən dövlət memurları gəlib, amma hələ nə olacağı bəlli deyil”, – mənbə yazıb. Əməliyyatın bu qədər uzun çəkməsi sərnişinlərin narazılığına səbəb olub. Bildirilir ki, sərnişinlər arasında azyaşlı uşaqların olmasına da əhəmiyyət verilmir.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: