Paytaxtda qaz problemi yarandı

Dünəndən Bakı şəhərində əhaliyə qazın verilməsi ilə bağlı problemlər yaranıb. Ötən gün Binəqədi rayonu ərazisində qaz olmayıb. Bu məlumatı mikrorayonlarda yaşayan bir neçə sakin “Basta” əməkdaşının sorğusuna cavab olaraq təsdiqləyib.

Bu gün isə paytaxtın Xətai, Suraxanı və dəgər ərazilərində yaşayan sakinlər qazın kəsildiyini bildirirlər.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “Basta”ya verilən məlumata görə, təmir-bərpa işləri ilə əlaqədar Binəqədi, Sabunçu, Nəsimi və Xətai rayonlarının bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.

Bu arada əhaliyə qazın fasilələrlə verilməsinin başqa səbəbləri haqqında da rəylər formalaşıb.

“2016-cı ildə Azərbaycanın qaz hasilatı azalıb. Təkcə, Dövlət Neft Şirkətindəki azalma 9 faiz olub”, – iqtisadçı Natiq Cəfərli “Facebook”da yazıb.

Onun sözlərinə görə, Azərbaycanın xaricə satmalı olduğu qaz öhdəliyi artıb. Məsələn, Gürcüstana əlavə 500 mln. m3 qaz verməlidir:

“İri qaz layihələri işə düşəndə ölkə ilk olaraq xarici öhdəliklərini yerinə yetirməyə məcbur olacaq. Hər il Türkiyəyə əlavə 6 mlrd. m3, Avropaya isə 10 mlrd. m3 qaz verməyə borcluyuq. Azərbaycan hökuməti öz vətəndaşlarından asılı deyil. Bizim səsimizlə seçilmir, amma beynəlxalq öhdəliklərdən ciddi asılıdır. Bu öhdəliklər hökumətə həm siyasi, həm də iqtisadi dividentlər gətirir. Məhz buna görə də gələcəkdə xaricə qaz ötürülməsi hökumət üçün prioritet olacaq, çatmayanda əhalidən kəsib xaricə qaz göndərəcəklər”.

İqtisadçı əlavə edir ki, hökumətin vətəndaşdan asılılığını təmin etməyi bacarmırıqsa, hələ bu gününüzə şükür edək, pəncərələrimizi daha kip bağlamağı öyrənək: “Yeni il qabağı qazın qiyməti qalxacaq…”.

Bastainfo.com 

108 thoughts on “Paytaxtda qaz problemi yarandı

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: