Qüdrət Həsənquliyev yenə Türkiyə əleyhinə danışdı

Milli Məclisdə Azərbaycan-İran-Rusiya prezidentləri arasında imzalanmış bəyannamənin müzakirəsi zaman çıxış edən deputat Qüdrət Həsənquliyev  Azərbaycan hökumətini Türkiyə və İranla viza rejimini ləğv etməyə çağırıb: “İranda 30 milyondan artıq azərbaycaycanlı yaşayır. Mən dəfələrlə Milli Məclisdə məsələ qaldırmışam ki, biz İranla viza məsələsinə baxmalıyıq”, – Bizimyol.info məlumat verir.

Deputat vurğulayıb ki, Azərbaycana qarşı bəzi Türkiyə saytlarında təxribatçı yazılar gedir: “Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar. Ona görə də mən Türkiyə və İranla viza rejiminin qarldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı” – deyə deputat bildirib.

Xatırladaq ki, Qüdrət Həsənquliyyev Türkiyə ərazisinə girən Rusiya qırıcısının vurulduğu dövrdə də Türkiyə əleyhinə açıqlamalar vermişdi.

Bastainfo.com 

%d bloqqer bunu bəyənir: