APA-dan qalmaqalla ayrılan jurnalist mühacirətə getdi

“APA-Holdinq”in keçmiş əməkdaşı Fərahim İlqaroğlu siyasi sığınacaq almaq üçün Almaniya hökumətinə müraciət edib.
BakiPost.az xəbər verir ki, ailəsiylə birlikdə mühacirətə gedən jurnalist, Bieldielfddə yerləşən, suriyalı qaçqınlarının üstünlük təşkil etdiyi düşərgələrdən birində yerləşdirilib. 
Xatırladaq ki, F.İlqaroğlunun “APA-Holdinq”dən çıxarılıması qalmaqala səbəb olmuşdu. 
 
O, işdən çıxarılmasına səbəb kimi Milli Şuranın 11 sentyabr aksiyası ilə bağlı virtualaz.org və haqqin.az saytlarının baş redaktoru Eynulla Fətullayevin yazdığı statusa müxalifyönümlü rəy yazmasını göstərmişdi.
 

Daha sonra jurnalist işdən çıxarılması ilə bağlı Facebook səhifəsində bunları yazıb: «Müqaviləmə xitam verən şirkət gecə-gündüz, bayram-bazar demədən işləməyimi, eyni zamanda himayəmdə azyaşlı körpə, işləməyən yoldaşım, atam və anam, banka olan böyük məbləğdə kreditlərimi nəzərə almadı».

 

Bastainfo.com 



This post has been seen 97 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: