Gənc bloger məmurların villalarını çəkdi – onları biabır etdi – VİDEO

Gənc bloger Mehman Hüseynov səs-küyə səbəb olacaq növbəti videosunu hazırlayıb. Bizimyol.info xəbər verir ki, o bəzi məmurların villasının görüntülərini çəkib. 

Videoda sual edilir ki, öz halal maaşları ilə məmurlar bu villaları neçə əldə ediblər?  Məmurların biznes fəaliyyəti qadağandırsa bəs onlar bu nəhəng villaları neçə tikə biliblər? 

Daha ətraflı videoda:

 Mehman Hüseynov videonu aşağıdakı şərhlə yayıb:

“Mütləq baxın və hər yerdə paylaşın! Bunu televiziyalar görsətmir! 

(Nazirin təhlükəsizlik xidmətin işçiləri məni tutub kadrları pozmaq istədi, amma alınmadı)

Azərbaycan məmurların yaşadığı əraziyə bir baxın. Özlərinə cənnət adası təşkil ediblər….Və bu cənnəti xalqdan oğurlanmış pullar hesabına qurublar. Dəhşətlidir! Şəhid ailəsinə 100 manat vermək belə istəmirlər, müəllimlərə deyirlər ki 200 manata dolana bilmirsizsə, işdən sonra gedib fəhləlik edin……Bunların acgözlüyünə fikir verin! Məmurun aldığı 1200 manat maaşa belə villalar tikmək olar heç? Yox!

Bu yekə qarın məmurların xəbəri varmı ki camaat pulsuzluqdan ailələrini dolandıra bilmirlər, camaatın yarısı acınnan günorta durur?

Bunların xəbəri varmı ki vətən uğrunda şəhid olmuş əsgərlərin ailələri şəraitsiz 1 otaqlı uçmaq üzrə olan evlərdə, vaqonlarda yaşayırlar?!

Nəqliyyat naziri Ziya Məmmədovun mülkləri ilə tanış olun! Hər dəfə yağışdan sonra Bakıda bütün körpülər, yollar suyun altında qalır. Niyə? Cavabı çox sadədir, çünki bu harınlanmış nazir vaxtı ilə büdcədən pulları oğurlayıb özünə analoqu olmayan saraylar tikdirib, maşınlar alıb, kef edib. Camaatın başını qatmaq üçün də saxta körpülər və yollar tikib.

Bunlar xalqın pullarını oğurlayıb özlərinə villalar, maşınlar alırlar sonra da günahlarını yumaq üçüb Həccə gedirlər və düşünürlər ki bunlar o birsi dünyada mələk olacaqlar.

İndi bu nazir çıxıb deyəcək ki “Kişinin villası olar”. Ona xatırlatmaq lazımdır ki, kişi evini başqalarının evini yıxaraq tikdirməz!”

bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: