“Hakimiyyət mürtəce dəyişikliklərə meyl edir” – Arif Hacılı

Azərbaycan hakimiyyəti uzun illərdir ki, istər Konstitutsiyada, istərsə də qanunlarda yalnız mürtəce dəyişikliklər etməyə meyl göstərir”.


Bunu Toplum.Tv-yə Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 28-də Milli Məclisdə «Kütləvi İnformasiya Vasitələri haqqında», «Televiziya və Radio yayımı haqqında», «İctimai Televiziya və Radio yayımı haqqında» və bir neçə başqa qanuna dini ekstremizm əleyhinə əməliyyatların aparılması ilə bağlı edilən dəyişikliklərə münasibət bildirərkən deyib. 

Arif Hacılı: “Bu addımlar mətbuat üzərində nəzarətin gücləndirilməsinə xidmət edir”


Arif Hacılının sözlərinə görə, hakimiyyətin bu addımları media üzərində nəzarəti daha da gücləndirməyə xidmət edir: “”Kütləvi İnformasiya Vasitələri haqqında” Qanun Elçibəy hakimiyyəti dövründə, bizim parlamentdə təmsil olunduğumuz vaxt qəbul edilmişdi. Həmin dönəmdə “Yeni Azərbaycan Partiyası” müxalifətdə idi və bir sıra qəzetlər nəşr edirdi. Bununla belə biz çox demokratik bir qanun qəbul etmişdik. Çünki hesab edirik ki,  ölkədə söz və ifadə azadlığı Azərbaycan cəmiyyətinin inkşafı üçün ən zəruri məsələlərindən biridir. Azərbaycan hakimiyyəti zaman-zaman bu qanunda dəyişiklik edir. Bu ilk dəfə deyil ki, “KİV haqqında qanun”a dəyişikliklər edilir və  indi edilən dəyişikliklər də söz və ifadə azadlığının inkişafına deyil, məhz mətbuat üzərində  nəzarətin gücləndirilməsinə xidmət edir”.

Cəmil Həsənli: “Birbaşa ifadə azadlığının pozulmasıdır”

Cəmil Həsənli Arqument.az ile ilgili görsel sonucu
Milli Şuranın sədri, professor Cəmil Həsənli isə hesab edir ki, bu, ifadə azadlığının birbaşa pozulmasıdır. “Bu həm də hakimiyyətin dini eksterimizm adı altında insanların vicdan azadlığını kobud şəkildə pozmasına gətirib çıxaraxcaq. Baxın, bu gün Nardaran hadisələri ilə bağlı məhkəmə prosesi gedir. Biz artıq orada hakimiyyət orqanlarının, xüsusilə Daxili İşlər Nazirliyinin dinc, silahsız əhaliyə öz dini etiqad hüququndan istifadə edən adamlara hansı zorakılığı tətbiq etdiyinin şahidiyik və bu çox ciddi neqativ meyllərə gətirib çıxaracaq”.

Azər Qasımlı: “Əgər bu qanun məhz dini məsələlərə qarışmaq üçün istifadə ediləcəksə…”

Azər Qasımlı Arqument.az ile ilgili görsel sonucu
REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı bildirib ki, bu qanunlardan yalnız dini məsələlərə qarışmaq üçün istifadə ediləcəksə, bu, pis nəticələrə gətirib, çıxaracaq: “Əgər bu qanun məhz dini məsələlərə qarışmaq üçün istifadə ediləcəksə, sözsüz ki, müsbət nəticə verməyəcək. Yox, bu qanunu məhz ona görə qəbul ediblərsə ki, din siyasətə qarışmasın, onda hesab edirəm ki, burada heç bir halda siyasi fəaliyyətin məhdudlaşdırılmasından söhbət gedə bilməz.Yəni Azərbaycan Respublikası sekulyar dövlətdir, burada dinin öz yeri var. İnanclı insanlarımız var ki, hər birimiz onlara hörmətlə yanaşırıq. Ancaq bu o demək deyil ki, din siyasətə qarışmalıdır və dini məsələləri siyasətə gətirmək lazımdır. Din siyasətə qarışmamalı, həmçinin eyni şəkildə siyasət də dinə qarışmamalıdır. Yəni qanun bu şəkildə istifadə olunacaqsa, hesab edirəm ki,  siyasi fəaliyyəti heç bir şəkildə məhdudlaşdırmayacaq və mən burada elə bir problem görmürəm”. 

Nəsimi Məmmədli: “Bu mənfi tendensiya o qədər kütləvi hal alıb ki…”
 
Nəsimi Məmmədli Arqument.az ile ilgili görsel sonucu

Siyasi şərhçi Nəsimi Məmmədli isə Toplum.Tv-yə qanunundakı dəyişiklikləri belə şərh edib: “Son illər hakimiyyətin qanunvericilik siyasətinin ana xətti əsasən qanunlara məhdudlaşdırıcı normaları kütləvi şəkildə tətbiq etməkdən ibarətdir. Bu mənfi tendensiya o qədər kütləvi hal alıb ki, artıq Milli Məclisin müzakirələrindən başqa variantın çıxa biləcəyini qətiyyən təsəvvür etmirik. Qanunvericiliyə belə bir məhdudlaşdırıcı hüquqi normanın gətirilməsi də ifadə azadlığı ilə bağlı onsuz da ağır olan mühiti daha da ağırlaşdıracaq. İfadə azadlığı ilə siyasi azadlıqlar bir-birini tamamlayan paradiqmadır. Onların arasına sərhəd çəkmək mümkün deyil. Siyasi fəaliyyəti ifadə azadlığı olmadan həyata keçirmək mümkünsüz olduğu kimi, siyasi azadlıqların da olmadığı yerdə ifadə azadlığından danışmaq doğru olmaz. Siyasi azadlıqların məhdudluğuna görə ölkəmiz təəssüf ki, lider dövlətlərin sırasındadır. “Sərbəst toplaşma azadlığı”, “Birləşmə azadlığı”, “Siyasi partiyalar haqqında” qanun, Seçkilər Məcəlləsi və bu sıraya aid olan digər qanunlar sadəcə olaraq, alternativ qüvvələrin əl-qolunu bağlamağa yarayır. Odur ki, dini eksterimizm adı altında keçirilən əməliyyatlarda bəzən təqsirsiz insanların da ciddi zərər gördüyünün şahidiyik. Hökumətin əlində bu kimi qanuni imkanlar çox zaman suistifadə hallarına səbəb olur. İfadə azadlığının hər fürsətdə müxtəlif bəhanələrlə qapadılması cəmiyyəti demokratik dəyərlərdən tamamilə uzaqlaşdıracaq. Demokratik fəaliyyətin müstəvisi qapadılan dövlətlərin pis aqibətini hökumət mütləq nəzərə almalı və azadlıqları məhdudlaşdırmağı dayandırmalıdır”.

Qeyd edək ki, oktyabrın 28-də Parlament «Kütləvi İnformasiya Vasitələri haqqında», «Televiziya və Radio yayımı haqqında», «İctimai Televiziya və Radio yayımı haqqında» və bir neçə başqa qanuna dini ekstremizm əleyhinə əməliyyatların aparılması ilə bağlı dəyişikliklər edib. Bu dəyişikliklər dini ekstremizm əleyhinə əməliyyatlar barədə informasiyaların yayılması ilə əlaqədardır. Dəyişikliyə görə, bundan sonra kütləvi informasiya vasitələri nümayəndələri dini ekstremizmə qarşı xüsusi əməliyyatlar aparılan ərazilərdə sərbəst fəaliyyət göstərə bilməyəcəklər. Həmçinin jurnalistlərin fəaliyyət dairəsini də əməliyyat aparan qurumun müəyyən edəcəyi nəzərdə tutulub. Media nümayəndələri əməliyyat barədə bilgiləri də yalnız əməliyyat aparan qurumun uyğun hesab etdiyi həcmdə və vaxtda əldə edə biləcəklər.

Bastainfo.com 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: