“Nardaran işi” üzrə şahidlərə yenidən işgəncə verilib – vəkil


Oktyabrın 28-də “Nardaran işi” üzrə məhkəmədə vəkil Yalçın İmanov şahidlərə təzyiq göstərildiyini bildirib.

Onun sözlərinə görə, oktyabrın 26-da məhkəmə iclasından sonra ibtidai istintaqa verdikləri ifadələrindən imtina edən şahidlər Valeh Abbasov və Samir Abbasov Sabunçu rayon polis idarəsinə aparılıblar. Onlarla birlikdə hələ prosesdə çıxış etməyən şahidləri – Nardaran və Maştağa qəsəbə sakinlərini də polisə aparıblar.

Abbasov və Babayev ertəsi gün sərbəst buraxılıb. Məlum olub ki, 14 saylı polis bölməsində onlara məhkəmədə yalan ifadələrindən imtina edib həqiqəti söylədiklərinə görə elektroşok cihazı ilə işgəncə verilib.

Vəkil hesab edir ki, digər şahidlərə də ifadələrindən imtina etməmələri üçün təzyiq göstərilib, – “Turan” məlumat verir.

Vəkil baş prokurora məktub və Sabunçu polisinə şahidlərin saxlanılmasının səbəbi haqqında sorğu göndərilməsi barədə vəsatət qaldırıb. İmanov bu məsələyə aydınlıq gətirilənə qədər şahidlərin dindirilməsini dayandırmağı təklif edib.

“Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə bildirib ki, belə şəraitdə prosesin davam etdirilməsi yolverilməzdir.

Hakim Şəhər Prokurorluğuna və Sabunçu polisinə məktub göndərməyi vəd edib, bundan sonra “Azəriqaz” işçisi Firdovsi Sadıqov dinlənilib. O, AXCP sədr müavini Fuad Qəhrəmanlının Nardaran hadisələri haqqında statusunu təqdir edən şərhi ilə əlaqədar polisə çağırıldığını bildirib.

İstintaqda ondan Qəhrəmanlını pisləməyi tələb ediblər.

Digər şahidlər İlkin Məmmədov və Samir Mirzəzadə bildiriblər ki, Bağırzadədən konstitusiya quruluşunun dəyişdirilməsi çağırışı eşitməyiblər.

Proses noyabrın 7-də davam etdiriləcək.

Bastainfo.com

2 thoughts on ““Nardaran işi” üzrə şahidlərə yenidən işgəncə verilib – vəkil

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: