Sumqayıtda kafe yandı – zərərçəkənlər var

Sumqayıtda baş vermiş yanğın barədə məlumat yayıb. APA-nın DİN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 29-da saat 02 radələrində Sumqayıt şəhərindəki binalardan birinin birinci mərtəbəsində yerləşən, şəhər sakini Tehran Əsgərova məxsus kafedə yanğın baş verib.

Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, həmin binanın 2-ci mərtəbəsində yaşayanlar Töhrə  Məmmədova, nəvələri Məryəm və Mədinə tüstüdən zəhərlənmə ilə xəstəxanaya gətirilib, onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

***

saat 09.02

 

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Bastainfo.com 

One thought on “Sumqayıtda kafe yandı – zərərçəkənlər var

  • 30.11.2016 at 19:35
    Permalink

    772740 76613But wanna say that this really is quite valuable , Thanks for taking your time to write this. 731375

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: