Dəm qazı daha iki can aldı

Dəm qazı daha bir ailə faciəsinə səbəb oldu.

Əslən Salyan rayonundan olan, Bakının Nərimanov rayonunda kirayədə yaşayan 18 yaşlı Xanım Zeynalova və onun xalası qızı, 13 yaşlı Aytən Allahverdiyeva yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Xanım Zeynalova Maliyyə Kredit kollecinin tələbəsi, 14 yaşlı Aytən isə Bakıdakı 47-saylı orta məktəbin şagirdidir. Hadisə səhər saatlarında baş verib. Hadisənin baş verməsi səbəblərini polis araşdırır.

Bu barədə məlumatı “Basta”ya həlak olanların yaxını Valeh Hümmətoğlu verib.

Onu da əlıavə edək ki, faciə qurbanları Müsavat Partiyası Məclisinin üzvü Valeh Hümmətoğlunun əmisi nəvələridir. 

 

Allah rəhmət eləsin! 

 

Könül Alı, Bastainfo.com



This post has been seen 253 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: